ƏSAS / ÜMUMİ / ÖLKƏDƏ / HADİSƏ / HƏRBİ
Vətən müharibəsi şəhidi Rəşad Zeynallının anım günü keçrilib
Bu gün 8 Oktyabr Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, Vətən müharibəsi şəhidi Rəşad Qiyas oğlu Zeynallının şəhid olmasından 4 il ötür. Şəhid Rəşad Zeynallının anım günü 2 ci şəhidlər xiyabanında hidin ailə üzvüləri, Nəsimi rayonu icra hakimiyyətinin nümayəndələri,İcimaiət nümayəndələri və Öndər.tv-nin baş redaktoru iştirak ediblər.
21 aprel 1998-ci ildə Bakı şəhərində anadan olan Rəşad, 2015-2018-ci illərdə Azərbaycan Texniki Universitetində ali təhsil alıb.
Rəşad hərbi xidmətdə olduğu müddətdə dəfələrlə hərbi hissə tərəfindən fəxri fərmanlarla təltif olunub. Bu gün də hərbi hissə komandirləri, əsgər yoldaşları Rəşadın gözəl əxlaqı dəyərlərə malik igid, cəsur, vətənə sədaqətli bir əsgər kimi xatırlayırlar. 44 günlük Vətən müharibəsində şəhid olan Rəşad göstərdiyi qəhrəmanlıqla zəfər dastanı yazan yüzlərlə şəhidimizdən biridir.
Rəşad Zeynallı 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşaraq, oktyabrın 8-də şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Zeynallı ölümündən sonra "Vətən uğrunda" ,"Cəbrayılın azad olunması","Qubadlının azad olunması" və"Cəsur döyüşcü" medalları ilə təltif edilib.
Məkanı cənnətdir!
Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik
qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.
Xəbər üçün şərhlər