» » Aqil Ələsgər ATƏT-in Zirvə Toplantısı barədə: “Azərbaycana qarşı ikili standartları faktlarla sübuta yetirdik” — VİDEO

ƏSAS / ÜMUMİ

Aqil Ələsgər ATƏT-in Zirvə Toplantısı barədə: “Azərbaycana qarşı ikili standartları faktlarla sübuta yetirdik” — VİDEO

Artıq ermənilər yalnız Qarabağ yox, Naxçıvan, Şirvan hətta hara olduğunu bilmədiyimiz Girdimana qarşı iddia səsləndirirlər. Biz burada susmamalı, fəaliyyətimizi daha da artırmalıyıq”.

Yenicag.az xəbər verir ki, bunu Polşanın paytaxtı Varşava şəhərində keçirilən ATƏT-in İnsan Haqlarına dair Zirvə Toplantısında azərbaycanlı nümayəndə olaraq iştirak edən və təəssüratını bölüşən “Qızılbaş”

Gəncləri Maarifləndirmə İctimai Birliyinin və “Yeni Çağ” Media Qrupunun rəhbəri Aqil Ələsgər deyib.

O, qeyd edib ki, İnsan Hüquqları İnstitunun İnsan Hüquqlarına Dair İllik Zirvəsi çərçivəsində müxtəlif mövzular üzrə müzakirələr aparıldı.

“Azərbaycanlı nümayəndələr olaraq həmin məsələlərdə mövqeyimizi ortaya qoyduq və fikirlərimzi bildirdik.

Tədbirin birinci günündə çıxışım Qərbi Azərbaycan mövzusunda oldu. 500 mindən çox vətəndaşımızın Ermənistan tərəfindən pozulan hüquqlarından bəhs etdim. Ən məsum hüquqlardan biri insanların dədə-baba yurdlarına qayıtması, ən azından turist kimi həmin yerləri ziyarət etməsidir.

İkinci gündə isə müzakirə mövzusu media azadlığı ilə bağlı idi. Xüsusilə Qərb mediasının bizə təbliğ etdiyi dəyərlərə etirazımızı bildirərək, Azərbaycana qarşı ikili standartlardan istifadə olunduğunu faktlarla sübuta yetirdik. Xüsusilə İkinci Qarabağ müharibəsindən sonra təəssüflər olsun ki, Qərb mediası Azərbaycana qarşı obyektivlikdən kənar mövqe sərgiləyir”, – deyə o qeyd edib.

A.Ələsgər əlavə edib ki, tədbirin üçüncü günü terrorizmlə mübarizə mövzusunda çıxış edib.

“Çıxışım qondarma “Dağlıq Qarabağ Respublikası”nın terrorçu rəhbərləri haqqında idi. Dünya bu gün terrorçuya qarşı mərhəmət göstərmir. Misal üçün, Yaxın Şərqdə baş verənlərə baxmaq olar. Görürük ki, terrorçular və dövlətlərin terrorçu olaraq qəbul etdikləri ilə müzakirə aparılmır, onlar mühakimə edilmir, yalnız məhv edilir. Azərbaycan isə humanistlik göstərərək, istər Ruben Vardanyan, istərsə də Artur Harutyunyan və digərlərinə qarşı məhkəmə qurub, ədalətli şəkildə onların mühakimə olunmasını təmin edir. Bunun özü çox ciddi humanist aktdır. Halbuki onlar həm də Azərbaycanın mülki əhalisinə Gəncədə, Bərdədə və digər şəhərlərdə terror aktları həyata keçirdilər. Yəni cəzalarını almalıdırlar. Onlara heç kim qəhrəman deyə bilməz.

Ümumilikdə ATƏT-lə bağlı müşahidələrimizdən deyə bilərik ki, Qərbin ikili standartları və qərəzli mövqeyi burada da özünü göstərməkdədir. Belə ki, Azərbaycanın əleyhinə olan çıxışlarda heç bir limit görünmür. İstər ABŞ, istər Fransa, istərsə də Ermənistandan Azərbaycana qarşı olan çıxışlara daha çox yer verilir. Artıq ermənilər yalnız Qarabağ yox, Naxçıvan, Şirvan hətta hara olduğunu bilmədiyimiz Girdimana qarşı iddia səsləndirirlər. Burada susmamalı, fəaliyyətimizi daha da artırmalıyıq. Arqument və əlimizdə olan faktlarla onların iddialarına cavabımızı verməliyik”, – deyə o bildirib.
Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor