ƏSAS / ÜMUMİ / ÖLKƏDƏ / HADİSƏ / HƏRBİ
Ordumuzun əsgəri odlu silahdan açılmış atəş nəticəsində ölüb, cinayət işi başlanılıb
![](/uploads/posts/2024-12/medium/1733853833_img_2822.png)
Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Cəfərli Tarıverdi Zaur oğlunun odlu silahdan açılmış atəş nəticəsində ölməsi barədə Naxçıvan hərbi prokurorluğuna məlumat daxil olub.
![](/uploads/posts/2024-12/medium/1733854783_7e7bd314-bd1e-4e04-8d92-4ea603b09dec.jpeg)
Bu barədə Azərbaycan Respublikası Hərbi Prokurorluğundan sorğumuza cavab olaraq məlumat verilib.
Fakt üzrə Naxçıvan hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq şahidlər dindirilib, müxtəlif ekspertizalar təyin edilərək, icraya yönəldilmiş və digər istintaq hərəkətləri həyata keçirilib.
Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin olunacaq.
ALLAH hərbçimizə rəhmət eləsin.
Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik
qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.
Xəbər üçün şərhlər