Dekabrın 6-7-si tarixlərində Gürcüstanın Kutaisi şəhərində “Alpaqut Turan” döyüş sənəti üzrə Dünya kuboku keçirilib. Ulusal.az xəbər verir ki, bu yarışda ölkəmizi “Xüsusi Təyinatlıların Qaziləri, Şəhid ailələri və Veteranları” ictimai birliyinin üzvü, ehtiyyatda olan Xüsusi Təyinatlı mənsubu Abdulla İsmayılov təmsil edib. Abdulla İsmayılov bütün rəqiblərini məğlub edərək Dünya kubokuna sahib olub. Xatırladaq ki, Abdulla İsmayılov 44 günlük Vətən Müharibəsinin və 19 sentyabrt 2023-cü il keçirilən antiterror əməliyyatının iştirakçısıdır. Abdulla İsmayılov döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Cənab Ali Baş Komandan, Prezident İlham Əliyevin sərəncamı ilə “Şücaətə görə”, “Füzulinin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Hərbi xidmətdə fərqlənməyə görə” , “Vətən Müharibəsi iştarkçısı” medalı ilə təltif edilib.
Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
Xəbər üçün şərhlər