» » Mən fəxr edirəm ki, azərbaycanlıyam” adlı sənədli film hazırlanıb

ƏSAS / SİYASİ

Mən fəxr edirəm ki, azərbaycanlıyam” adlı sənədli film hazırlanıb


31 dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günündə Azərbaycan Televiziyası tamaşaçılara yeni sənədli film təqdim edəcək.
“Mən fəxr edirəm ki, azərbaycanlıyam” adlı sənədli filmdə dünya azərbaycanlılarının həmrəyliyi fəlsəfəsinin 44 günlük müharibə dövründə, Azərbaycan xalqının zəfərində böyük yer aldığı faktlarla təsdiq edilir.
Film boyu baş qəhrəman sanki bu bayramın yarandığı dövrlərə gedir, 1989-cu ilə qədər sovet Azərbaycanındakı  diaspor hərəkatının tarixçəsinə baş vurur və həmin ildə Naxçıvanda başlayan Sərhəd hərəkatından danışır. Daha sonra o, Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin hakimiyyətə gəlişi ilə  Naxçıvan Muxtar Respublikasının Ali Məclisi tərəfindən 31 dekabrın Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü kimi təsis olunmasını bəyan edir.
Filmdə Naxçıvanda Sərhəd hərəkatı dövründə çəkilən və indiyədək efirə getməyən tarixi xronikalar yer alıb.
Ssenari müəllifi İlqar Fəhmi, rejissoru Ramil Ağasıyev, aparıcısı Ziya Ağa, operatorlar Tariyel Hacızadə, Fahir Səmədoğlu, montaj rejissoru Rasim Ramazanov, assistent isə Mirzə Əliyev olan film bu gün saat 20:45-də AzTV-də yayımlanacaq.
Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor