Türkiyə müdafiə naziri Hulusi Akar və Azərbaycan müdafiə naziri Zakir Həsənov Türkiyənin Qars bölgəsində keçirilən “Qış-2021” Türkiyə-Azərbaycan Birgə Müştərək Tabor Xidmət Gücü Təlimlərini izləyib. “ Onder.tv Qafqazinfo ya istinadən” xəbər verir ki, Türkiyə Müdafiə Nazirliyinin rəsmi səhifəsində təlimlərdən son fotogörüntülər yerləşdirilib. Təlimləri izləməyə, həmçinin Türkiyənin Baş Qərargah rəisi general Yaşar Gülər, Quru Qoşunları Komandanı general Ümit Dündar, Dəniz Qüvvələri Komandiri admiral Adnan Özbal və Hərbi Hava Qüvvələri Komandanı general Həsən Küçükakyüz də qatılıb. Hulusi Akar təlimlərin keçirildiyi ərazidə yerləşən çörək sexində hazırlanan çörəklərdən birini bölərək Zakir Həsənovu çörəyə qonaq edib. Hər iki nazir daha sonra “Qarda və Şiddətli Soyuqda Döyüş Parkuru” meydanına keçiblər. Burada qış təchizatlı komando bölməsi tərəfindən oxunan “Komando And”ını dinlədikdən sonra Akar və Həsənov “Allah Türk orudusunu qorusun”,- deyə bildiriblər.
Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
Xəbər üçün şərhlər