» » Kasiblar pensiya ala bilmeyecek ..

ƏSAS

Kasiblar pensiya ala bilmeyecek ..

 Onder.tv Vetenim-Azerbaycandir.az a istinadən 
Əgər sığorta haqları yüksəldilmirsə, təqaüdə çıxan insanlara dərman preparatları, tibbi vasitələr, həmçinin nəqliyyat vasitələrində gediş haqqı və kommunal xidmətlə pulsuz olsun”. Bunu isə “Hürriyyət”ə müsahibəsində iqtisadçı-ekspert Günay Hüseynova bildirib. O da vurğiuladı ki, Azərbaycanda minimum əmək haqqının 250 manat olması səbəbindən, hər bir şəxs təqaüd kapitalının toplanması üçün 38 il 4 ay çalışmalıdır: “Azərbaycanda orta əmək haqqı 343 manatdır. Qanunvericiliyin tələbinə əsasən şəxsin təqaüdə çıxması üçün 25 illik sığorta stajı olmalıdır və ya minimum 28.000 manat təqaüd kapitalı olmalıdır. Bu göstəriciləri ödəməyən şəxslər isə təqaüd yaşına çatdıqda minimum məbləğdə pensiya alacaqlar. Başqa sözlə desək şəxs heç bir yerdə işləməyibsə, təqaüd yaşı çatdıqda 130 manat pensiya alacaq. Yəni yaşa görə təqaüdə çıxacaq. Bildiyimiz kimi, Azərbaycanda minimum əmək haqqı 250 manatdır. Şəxs minimum təqaüd kapitalını toplaması üçün 38 il 4 ay çalışmalıdır. Əsasən təqaüd hesablamalarındakı mexanizm Türkiyə ilə müqayisə olunur. Amma qeyd edim ki, Türkiyədə minimum əmək haqqı 2800 türk lirəsi( 398$), bir işçi üçün isə minimum sığorta bir aylıq 985 türk lirəsi( 140,22 $)dir. Pensiya məsələlərini tənzimləmək üçün bir neçə çıxış yolu var: Ya işçinin sığorta haqları yüksəldilməlidir ki, bu insanlar təqaüdə çıxdıqda normal yaşaya bilsinlər. Əgər sığorta haqları yüksəldilmirsə, elə bir sistem qurulamalıdır ki, təqaüdə çıxan insanlara dərman preparatları, tibbi vasitələr, həmçinin nəqliyyat vasitələrində gediş haqqı və kommunal xidmətlə pulsuz olsun. Yəni bu xərcləri dövlət qarşılasın. Onsuzda əgər şəxs 65 yaşında təqaüdə çıxırsa, bundan sonra onun nə qədər ömrü qalacaq?! Heç olmasa vətəndaş bilsin ki, ömrünün 25 30 ilini işləyibsə qalan 5-10 ilini rahat firavan yaşayacaq”. Pensiya hüququ yaranması üçün azı 25 il sığorta stajı və ya fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 28800 manatdan az olmamalıdır. Əgər vətəndaşın fərdi hesabının sığorta hissəsindəki kapital həmin məbləğdən azdırsa, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.18-ci maddəsinə əsasən şəxs, çatışmayan məbləği əlavə olaraq xüsusi hesaba ödəməklə pensiya hüququ əldə edə bilər.
Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor