» » YAP-a rəhbər şəxslər təyin olundu - Sərəncam

ƏSAS

YAP-a rəhbər şəxslər təyin olundu - Sərəncam

Yeni Azərbaycan Partiyasının yeni Nizamnaməsinə uyğun olaraq, Partiyanın sədri İlham Əliyev bir neçə təyinat həyata keçirib.
"Onder.tv" xəbər verir ki, dövlət başçısının sərəncamı ilə Mehriban Əliyeva partiya sədrinin birinci müavini, Əli Əhmədov partiya sədrinin müavini, Tahir Budaqov partiya sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri təyin edilib.
Qeyd edək ki, yeni struktur islahatlarına əsasən, YAP-da İcra katibliyi Mərkəzi Aparatla əvəzlənib. YAP-ın icra katibi Əli Əhmədovun yerinə, həmin səlahiyyətləri Tahir Budaqov həyata keçirəcək.
Əlavə edək ki, Mərkəzi Aparatın rəhbəri T. Budaqov Dövlət Statistika Komitəsinin sədridir. 1965- ci il təvəllüdlü komitə sədri sözügedən vəzifəni 6 ildir ki icra edir. O, 1999-cu ildən YAP Siyasi Şurasının üzvü olub.
Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor