» » Aşıq Ələsgərin 200 illik yubileyi

ƏSAS / ÜMUMİ / ÖLKƏDƏ

Aşıq Ələsgərin 200 illik yubileyi

Aşıq Ələsgərin 200 illik yubileyi çərçivəsində onun doğum günündə İrəvan Türk Cümhuriyyəti xüsusi gecə keçirib.


Konfransı giriş sözü ilə açan İrəvan Türk Cümhuriyyəti Millət Şurasının sədri, professor Qafar Çaxmaqlı qeyd etmişdir ki, İTC indi adına Ermənistan deyilən ərazidə yetişmiş bütün böyük şəxsiyyətlərin tanıdılması və bu torpaqlarda elm, sənət adamlarını , ictimai-siyasi xadimlərinin xatirəsini həmişə uca tutacaq, bu torpaqlarda doğulmuş və yetişmiş insanların bəşəriyyətə verdiyi dəyərləri diqqət mərkəzinə gətirəcəkdir. O demişdir ki, Aşıq Ələsgər yalnız haqq aşığı deyil, Qərbi Azərbaycanın yetişdirdiyi ən böyük şəxsiyyət, müdrik mütəfəkkir, filisof olmuşdur. Onun yaratdığı məktəb doğulduğu Göyçə mahalı ilə məhdudlaşmamış və bütün yaxın və uzaq coğrafiya Türklüyünün şeir, sənət və ilham qaynağına çevrilmişdir. Aşıq Ələsgərin həyatı və yaradıcılığı ilə bağlı məruzə edən Türkiyənin Hacı Bektaş Vəli Universitetinin prosessoru Bayram Durbilməz Aşıq Ələsgərin sənət zirvəsi və onun aşıqlıq sənətinin Türkiyə, Güney Azərbaycan və başqa bölgələrə təsirindən danışmış və onun sənət özəlliklərindən bəhs edib. Aşıq Ələsgərin böyüklüyündən, onun qəbrinin düşmən tapdağ altında olmasından və bir gün onun qəbri önündə sənətkarın yad edilməsi fikri də də çıxış edənlər tərəfindən ifadə olunmuşdur. Bu gün Şuşada alovlanan Novruz tonqalı bir gün Qərbi Azərbaycandakı əsir yurdlarımızda da alovlanacaqdır. Tədbirdə Aşıq Nemətin və onun şagirdi Aşıq Ayşənin ifasında Aşıq Ələsgərin əsərləri ifa olunub.
İTC MƏTBUAT XİDMƏTİ ADINDAN
Zahir Mehmedli

Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor