» » Azərbaycan Silahlı Qüvvələrinin mayoru, Vətən müharibəsi şəhidi

ƏSAS / ÜMUMİ / ÖLKƏDƏ / HƏRBİ

Azərbaycan Silahlı Qüvvələrinin mayoru, Vətən müharibəsi şəhidi

Azərbaycan Silahlı Qüvvələrinin mayoru, Vətən müharibəsi şəhidi Vəliyev Vüsal İslam oğlu 15 iyul 1988-ci il tarixdə Şərur rayonunun Dizə kəndində anadan olub. 1994-2002-ci illərdə Şərur rayon Dizə kənd orta məktəbində, 2002-2005-ci illərdə Heydər Əliyev adına Hərbi liseydə, 2005-2009-cu il tarixlərində isə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsil almışdır. 2012-ci ildə 3 aylıq XTQ təlimini uğurla başa vurmuşdur. Beyləqan, Füzuli, Ağdam, Tərtər, Qazax, Tovuz, Göygöl – Murovdağ silsiləsində xidmət edib, mayor rütbəsinəcən yüksəlib. 
Mayor Vüsal Vəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı həmlə taborunun komandiri təyin edilmiş, Murovdağdan başlayaraq Şuşanın azadlığı uğrunda gedən döyüşlərədək döyüşüb. İki dəfə ağır yaralansa da Vüsal tabeçiliyindəkiləri tək qoymayıb, döyüşə davam edib. O, noyabrın 9-da Şuşa döyüşləri zamanı şəhid olub. 14 dekabr 2020-ci il tarixdə Şərur şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. 
Xidmət illərində mayor Vüsal Vəliyevə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1928-2013) Yubiley medalı”, “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018) Yubiley Medalı”, Azərbaycan Respublikası Müdafiə Naziri General-Polkovnik Zakir Həsənov tərəfindən təqdim edilmiş medal, “Əfqanıstanda sülhməramlı missiyaya görə” medalı, “10 il Qüsursuz xidmətlərə görə” 3-cü dərəcəli medalı tədqim edilib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən mayor Vüsal İslam oğlu Vəliyev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
Azərbaycan Silahlı Qüvvələrinin mayoru, Vətən müharibəsi şəhidi Vəliyev Vüsal İslam oğlu 15 iyul 1988-ci il tarixdə Şərur rayonunun Dizə kəndində anadan olub. 1994-2002-ci illərdə Şərur rayon Dizə kənd orta məktəbində təhsil alıb. 2002-2005-ci illərdə Heydər Əliyev adına Hərbi liseydə, 2005-2009-cu il tarixlərində isə Heydər Əliyev adına Ali Hərbi Məktəbdə təhsil alaraq hərbin sirlərini öyrənib. 2012-ci ildə 3 aylıq XTQ təlim kursunu keçib. Beyləqan, Füzuli, Ağdam, Tərtər, Qazax, Tovuz, Göygöl – Murovdağ silsiləsində xidmət keçib, mayor rütbəsinəcən yüksəlib. 
Mayor Vüsal Vəliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Murovdağdan başlayaraq Şuşanın azadlığı uğrunda gedən döyüşlərədək savaşıb. Vüsal Vəliyev noyabrın 9-da Şuşa döyüşləri zamanı şəhid olub. 14 dekabr 2020-ci il tarixində Şərur şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub. 
Xidmət illərində mayor Vüsal Vəliyevə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1928-2013) Yubiley medalı”, “Azərbaycan Ordusunun 100 illiyi (1918-2018) Yubiley Medalı”, Azərbaycan Respublikası Müdafiə Naziri General-Polkovnik Zakir Həsənov tərəfindən təqdim edilmiş medal, “Əfqanıstanda sülhməramlı missiyaya görə” medalı, “10 il  Qüsursuz xidmətlərə görə” 3-cü dərəcəli medalı tədqim edilib. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən mayor Vüsal İslam oğlu Vəliyev ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
Vüsal nişanlı idi. Şəhidin atası İslam Vəliyev onun itkinlik xəbərini aldıqdan sonra dözməyərək vəfat etmişdir.
Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor