» » Milli Məclis sədrinin müavini: Ermənistan rəhbərliyinin apardığı təcavüz siyasəti bu dövlətin tənəzzülünə səbəb oldu

ƏSAS / ÜMUMİ / ÖLKƏDƏ

Milli Məclis sədrinin müavini: Ermənistan rəhbərliyinin apardığı təcavüz siyasəti bu dövlətin tənəzzülünə səbəb oldu




Bakı, 24 may, AZƏRTAC
 Mayın 24-də Milli Məclis sədrinin müavini Adil Əliyev Vətən müharibəsində arxa cəbhədə fəallıq göstərmiş gənclər, siyasi şərhçilər və jurnalistlərlə görüşüb. 
 Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildiriblər ki, A.Əliyev Vətən müharibəsindən söhbət açaraq onun şanlı tariximizin ən böyük hadisələrindən biri olduğunu deyib, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qalib Ordumuzun 30 ilə yaxın işğal altında qalan torpaqlarımızı düşmən təcavüzündən həmişəlik azad etməsinin hamımıza qürur yaşatdığını diqqətə çatdırıb. Bildirib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş, Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilən ordu quruculuğu, yüksək ixtisaslı hərbi kadrların hazırlanması döyüş meydanında düşmənə ağır zərbənin vurulması ilə nəticələndi. Müharibədə qazanılmış Qələbənin diplomatik müstəvidə uğurla davam etdirilməsi isə bir neçə rayonumuzun düşmən tərəfindən dərhal boşaldılmasını təmin etdi.
 Milli Məclis sədrinin müavini son 6 ayda Ermənistanda davam edən xaosun səbəbinin müharibədəki məğlubiyyətin olduğunu diqqətə çatdıraraq, 30 illik işğal siyasətindən əl çəkməyən, hər addımda humanitar hüququn tələblərini kobud şəkildə pozan Ermənistanın bununla da özünü regionda həyata keçirilən bütün layihələrdən kənarda qoyduğunu vurğulayıb. Qeyd edib ki, bu gün Ermənistanda da başa düşürlər ki, böyük səhvə yol veriblər, vaxt itiriblər. Ölkələri müstəqillik əldə etdikdən sonra inkişaf yolu ilə getməyə başlasaydı, indi bu vəziyyətdə olmazdı. İtirilən bu illər Ermənistanın daha da müflisləşməsinə səbəb olub. Vətən müharibəsindəki məğlubiyyət isə Ermənistan dövlətinin vəziyyətini daha da gərginləşdirib.
 Adil Əliyev bildirib ki, Azərbaycan artıq işğaldan azad edilmiş ərazilərdə böyük quruculuq işlərinin əsasını qoyub. Şuşa şəhərinin Azərbaycan mədəniyyətinin paytaxtı elan edilməsi ilə eyni vaxtda “Xarıbülbül” musiqi festivalının yenidən Şuşada təşkil edilməsi isə Qarabağa yeni nəfəs gətirdi.
 Səmimi görüşə görə təşəkkürlərini bildirən gənclər bundan sonra da istər yerli, istərsə də xarici media orqanları vasitəsilə ölkəmizin haqq səsinin dünyaya çatdırılmasına çalışacaqlarını qeyd ediblər. Bildiriblər ki, Ermənistanın minalanmış sahələrin xəritəsini təqdim etməməklə törətdiyi növbəti humanitar hüququn pozulması faktı barədə geniş məlumat verəcək, habelə şəhid və qazi ailələrinin qayğılarını hər zaman diqqət mərkəzində saxlayacaqlar.
 Sonda görüş iştirakçılarına Vətən müharibəsində arxa cəbhədə göstərdikləri xidmətlərə görə Milli Məclisin Gənclər və idman komitəsinin Fəxri fərmanı təqdim edilib.
Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor