» » Ərdoğan: “İyunda ölkə üzrə normallaşmanı təmin etməyi hədəfləyirik”

ƏSAS / ÜMUMİ

Ərdoğan: “İyunda ölkə üzrə normallaşmanı təmin etməyi hədəfləyirik”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ şirkətləri idarəçilərinin iştirakı ilə keçirilən onlayn görüşə qatılıb.
“Anadolu” agentliyinin məlumatına görə, dövlət başçısı bir sıra maraqlı açıqlamalar verib.
Koronavirus pandemiyasına qarşı mübarizə tədbirlərindən danışan R.T.Ərdoğan bəyan edib ki, Türkiyə hökuməti iyun ayında ölkə üzrə normallaşmanı təmin etməyi hədəfləyir.  
“Vaksinasiya prosesində 29 milyon doza səviyyəsinə yaxınlaşmışıq. Xüsusən də iyun ayında intensiv bir peyvənd kampaniyası keçirərək ölkəmizdə normallaşmanı təmin etməyi hədəfləyirik”, - deyə prezident bildirib.
R.T.Ərdoğan pandemiyaya rəğmən Türkiyə iqtisadiyyatında əldə olunan uğurlardan da bəhs edib.
“Böyük 20-lik ölkələri arasında Çindən sonra 1.8 faizlik yüksəlişlə iqtisadi böyüməni təmin edən ikinci ölkə olduq. Ənənəvi bazarlarımızdakı ciddi kiçilməyə baxmayaraq, ixracatda 170 milyard dollarlıq bir rəqəmə çatdıq”, - deyə dövlət başçısı qeyd edib.
Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor