» » Azsaylı xalqların nümayəndələri Prezidentə müraciət etdi: "Təbii qazla təmin olunmaq istəyirik"

ƏSAS / ÜMUMİ / ÖLKƏDƏ

Azsaylı xalqların nümayəndələri Prezidentə müraciət etdi: "Təbii qazla təmin olunmaq istəyirik"

Azərbaycan Respublikası ərazisində yaşayan azsaylı xalqların nümayəndələri Prezident İlham Əliyevə müraciət məktubu ünvanlayıblar.

Demokrat.az
xəbər verir ki, Qax rayonunun Ləkit kənd sakinləri kəndin təbii qazla təmin olunmasını istəyirlər. 

Əhalisinin bir hissəsi azsaylı xalq olan saxurlardan ibarət kəndin qazlaşdırılması layihəsinə 3 il əvvəl başlasa da, onlara məlum olmayan səbəblərdən bu proses başa çatdırılmayıb. 
Kənd sakinləri qış aylarında təbii qazın olmaması səbəbindən əziyyət çəkdiklərini və məcburən ətraf meşələrin sərvətlərindən istifadə etdiklərini bildirirlər. Onlar Prezidentə müraciət edərək, kəndin qazlaşdırılmasının tamamlanmasını istəyiblər.

Qeyd edək ki, Qax rayonunun mərkəzindən 12 km məsafədə yerləşən Ləkit kəndinin əhalisi üç min nəfərə yaxındır.



Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor