» » “7 İYUN ÜMUMDÜNYA QİDA TƏHLÜKƏSİZLİYİ GÜNÜ” mövzusunda FORUM

ƏSAS / ÜMUMİ / ÖLKƏDƏ

“7 İYUN ÜMUMDÜNYA QİDA TƏHLÜKƏSİZLİYİ GÜNÜ” mövzusunda FORUM

07.06.2021-ci il tarixində “Azərbaycan-Türkiyə Qida Təhlükəsizliyi” İctimai Birliyi və “Gənclərin Töhfəsi” İctimai Birliyinin birgə təşkilatçılığı ilə “7 İYUN ÜMUMDÜNYA QİDA TƏHLÜKƏSİZLİYİ GÜNÜ” mövzusunda FORUM keçirildi.
Forumun təşkilatçısı “Azərbaycan - Türkiyə Qida Təhlükəsizliyi” İctimai Birliyinin sədri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova günün əhəmiyyətini vurğulayaraq iştirakçıları sağlam həyat tərzi və düzgün qidalanma, qida təhlükəsizliyinin əhəmiyyətini vurğulayaraq Forumu açıq elan etdi.
Daha sonra təşkilatçı “Gənclərin Töhfəsi” İctimai Birliyinin sədri, sağlam qida təbliğatçısı Asim Vəliyev, Türkiyə Sağlamlıq və Qida Təhlükəsizliyi Hərəkatının başqanı Kemal Özer, həkim-psixoterapevt Əli Nağıyev, “Azad İstehlakçılar Birliyi”nin sədri Eyyub Hüseynov, Sakarya Universiteti müəllimi, Prof.Dr. Ahmet Tutar, qida texnoloqu Ağa Salamov, Azərbaycan Dövlət İqtisad Universitetinin müəllimi, PhD. dos. Elsevər Fərzəliyev, həkim-dietoloq Leyla Zülfüqarlı, AQTA-nın əməkdaşı Seymur Qafarov, baytar, qida eksperti Şaiq Teyyubov, Bodibildinq və Fitnes üzrə məşqçi Vurğun Mütəllimov  mövzu ilə bağlı çıxış edərək Qida Təhlükəsizliyi Hərəkatının fəaliyyətini yüksək qiymətləndirdilər. Bir-birindən maraqlı qonaqların qatıldığı Forum 3 saata qədər davam etdi.
Qeyd edək ki, Qida Təhlükəsizliyi Hərəkatı 2016-cı il tarixindən Məhsəti Hüseynova və Asim Vəliyevin rəhbərliyi ilə təsis edilmiş və qida təhlükəsizliyi, düzgün qidalanma, sağlam həyat tərzinin təbliği mövzusunda çoxsaylı tədbirləri həyata keçirmişdir.
Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor