» » Agentlik QHT-lərlə məsləhətləşmələr aparacaq

ƏSAS / ÜMUMİ / ÖLKƏDƏ

Agentlik QHT-lərlə məsləhətləşmələr aparacaq

İyunun 11-də Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının növbəti iclası keçirilib.
Musavat.com xəbər verir ki, Müşahidə Şurasının iclasında Agentliyin fəaliyyətinin qurulması prosesində vətəndaş cəmiyyəti təmsilçilərinin iştirakını təmin etmək məqsədi ilə yaxın zamanlarda QHT nümayəndələri və ekspertlərlə görüşlərin keçirilməsi razılaşdırılıb. Eyni zamanda, Agentliyin Müşahidə Şurası üzvlərinin əlaqələndirdiyi sahələr üzrə QHT təmsilçiləri ilə məsləhətləşmələrin aparılması barədə təkliflər müzakirə olunub, onlarla görüşlərin keçirilməsi prosesinə başlanması qərara alınıb.
İclasda mərkəzi və yerli icra hakimiyyəti orqanları yanında yaradılan ictimai şuralarla bağlı vəziyyət müzakirə edilib, bu sahədə problemin öyrənilməsi və tövsiyyələrin hazırlanması üzrə işçi qrup formalaşdırılıb. 
Daha sonra ləğv olunmuş Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının ötən dövrdən qalmış öhdəlikləri barədə məsələ müzakirə olunub. Qərara alınıb ki, Agentliyin strukturu müəyyən olunduqdan sonra Şuranın öhdəlikləri barədə arayış hazırlanaraq Müşahidə Şurasının növbəti iclasında yenidən müzakirəyə çıxarılsın.
Sonda Agentliyin əməkdaşlarının işə götürülməsi ilə bağlı komissiya formalaşdırılıb və bu istiqamətdə müvafiq işlərə başlanılması qərara alınıb.
Musavat.com
Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor