» » İşi müşkülə düşmüş Qarabağ Qazisi ilə bağlı Təhsil nazirinə MÜRACİƏT

ƏSAS / ÜMUMİ / ÖLKƏDƏ

İşi müşkülə düşmüş Qarabağ Qazisi ilə bağlı Təhsil nazirinə MÜRACİƏT

Təhsil Naziri Emin Əmrullayevə!
 
Cənab nazir əgər Təhsil Nazirliyində xaricdə təhsilini yarımçıq qoyub müharibəyə qatılaraq ağır yaralanmış və ölkə Prezidenti İ.Əliyevin sərəncamı ilə“Cəsur döyüşçü”, “Fizulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edililmiş bir qəhrəman gəncin taleyinə bu qədər biganə münasibət varsa, bunu necə izah edirsiniz? Söhbət Varşavanın Vistula Universitetinin tələbəsi Turqut Arzu oğlu Səmədbəylidən gedir. Xaricdə təhsilini yarımçıq qoyub, vətən uğrunda vuruşmağa qatılmış bir gənci biz başımız üzərində gəzdirməliykən, onun taleyi ilə bağlı ölkənin ən aparıcı hüquq müdafiəçilərinin təhsil naziri Emin Əmrullayevə ünvanlanmış müraciət baxılmırsa, buna nə ad verəsən! Ayılın cənab məmurlar! Ölkəmizdə vətəndaş məmunluğu yaratmaq üçün dövlət ciddi islahatlar aparır sizsə həyatını sizə qurban vermiş bir gəncin taleyinə bu qədər biganə qala bilirsiniz!
 
İctimai Nəzarət Mərkəzinin İdarə Heyəti
 
 
 
Azərbaycan Respublikasının Təhsil naziri
cənab Emin Əmrullayevə
 
Hüquqmüdafiə Təşkilatlarının Monitorinq Qrupundan
 
 
MÜRACİƏT
 
 
Hörmətli Emin müəllim,
 
Varşavanın Vistula Universitetinin tələbəsi Turqut Arzu oğlu Səmədbəyli tərəfindən bizə daxil olan ərizə əsasında Sizə müraciət edirik. Turqut Səmədbəyli 2012-ci ildə İELTS proqramı üzrə yuxarıda göstərilən Universitetə qəbul olunub. 2016-cı ildə aprel döyüşləri başlayarkən o, təhsilini donduraraq döyüşdə iştirak etmək üçün Azərbaycana qayıdır, lakin döyüşlər tez bitdiyindən Orduya cəlb edilmir. 
 
2017-ci ilin iyulunda T.Səmədbəyli ərizə ilə Binəqədi hərbi komissarlığına müraciət edərək hərbi xidmətə yollanır və 2018-ci ilin oktyabrında xidmətini başa vurub. 2019-cu ildə Varşavaya qayıdaraq Turqut Səmədbəyli təhsilini davam etdirir. Hazırda son kurs tələbəsidir.
 
2020-ci il sentyabrın 27-də Qarabağ uğrunda Vətən Müharibəsi başlayarkən könüllü olaraq cəbhəyə yollanır və Şuşa uğrunda gedən döyüşlərdə iştirak edərək ağır yaralanır. Döyüşlərdə fəal iştirakına görə Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə “Cəsur döyüşçü”, “Fizulinin azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə” medalları ilə təltif edilib.
 
Hörmətli Emin müəllim,
 
Turqut Səmədbəylinin Vətən Müharibəsi zamanı göstərdiyi şücaəti, döyüşlər zamanı aldığı ağır bədən xəsarətlərini və onların fəsadlarını (xəstəlik epikrizi əlavə edilir), ailəsi tərəfindən daimi diqqətə ehtiyacı olduğunu nəzərə alaraq onun Varşavanın Vistula Universitetinin sonuncu kursundan Bakı Dövlət Universitetinin müvafiq fakültəsinə köçürülməsinə yardımçı olmanızı Sizdən xahiş edirik.  
 
Hörmətlə,
 
Novella Cəfərova - D.Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri
 
Səidə Qocamanlı - İnsan Hüquqları və Qanunçuluğun Müdafiəsi Bürosunun sədri
 
Səadət Bənənyarlı - Beynəlxalq İnsan Hüquqları Cəmiyyətinin Azərbaycan bölməsinin rəhbəri
 
Arzu Abdullayeva - Helsinki Vətəndaş Assambleyasının Azərbaycan Milli Komitəsinin sədri
 
Əvəz Həsənov -  Humanitar Tədqiqatlar Cəmiyyətinin direktoru
 
Mirvari Qəhrəmanlı - Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının sədri
 
 
Qoşma:
1.Tədris-cərraliyyə klinikası tərəfindən verilən xəstəlik epikrizi;
2. Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Poliklinikasının arayışları;
3.Binəqədi hərbi Komissarlığı tərəfindən verilən arayış;
4. Varşava Vistula Universitetinin qiymət cədvəlləri
Moderator.Az
Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor