» » AVMVİB sədri: «Yanındayıq, Türkiyəm!»

ƏSAS / ÜMUMİ / ÖLKƏDƏ

AVMVİB sədri: «Yanındayıq, Türkiyəm!»

«Azərbaycan xalqının qəlbi qardaş Türkiyədə baş vermiş yanğınlarla bağlı Türk xalqı ilə birgə döyünür. «Sevinci sevincimiz, kədəri kədərimiz» olan qardaş ölkənin bu bəlanın da öhdəsindən şərəflə gələcəyinə əminik».
Bu sözləri Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev deyib.
F. Rzaquliyev qeyd edib ki, qardaş ölkənin 17 vilayətində 53 nöqtədə yanğın baş verib. Hesab edirəm ki, bu, hərbi-siyasi arenada məğlubiyyətə uğrayan mürtəce qüvvələrin əl atdığı iyrənc əməllərdən biridir. Türkiyədə xaos planının növbəti addımlarındandı. Çox minlik veteranlar ordusu adından bütün şərtlər daxilində qardaş Türkiyənin yanında olduğumuzu bəyan edir və 80 minlik veteranlar ordusu hər cür dəstəyə hazır olduğumuzu bildiririk. Azərbaycan prezidenti cənab İlham Əliyevin yunan səfirinin etimadnaməsini qəbul edərkən dediyi məşhur sözləri bir daha xatırlatmaq istərdim: “Mən istəyirəm ki, siz bizim mövqeyimizi biləsiniz. Bu mövqe mənin göstərişimlə artıq Azərbaycan hökuməti tərəfindən rəsmi açıqlanmışdır. Sizə bir daha deyə bilərəm ki, Türkiyə bizim üçün təkcə dost yox, qardaş ölkədir və türklər bizim qardaşlarımızdır. Beləliklə, bütün məsələlərdə biz onların yanında olacağıq”. Bu sözlər hər birimizin bu sahədə əsas devizinə çevrilib. Yanındayıq, Türkiyə! «Bir olaq, iri olaq, diri olaq!»
AVMVİB sədri Füzuli Rzaquliyev bildirdi ki, müharibə veteranları baş verən yanğınların söndürülməsində iştirak etmək üçün hər an hazırdırlar.
AVMVİB Mətbuat Xidməti
Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor