» » Şəhid kapitana həsr olunmuş kitabın təqdimat mərasimi keçirilib

ƏSAS / ÜMUMİ / ÖLKƏDƏ

Şəhid kapitana həsr olunmuş kitabın təqdimat mərasimi keçirilib

Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində  Hicran Hüseynovun müəllifi olduğu Vətən müharibəsi şəhidi  kapitan  Cəfərli Həmid Kərim oğlunun  həyat və döyüş yoluna  həsr edilən  “Şəhid kapitan Həmid Cəfərli” kitabının təqdimat mərasimi keçirilib.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.
Sonra  44 günlük  Vətən müharibəsindən,  şəhid kapitan H. Cəfərlinin həyat və döyüş yolundan bəhs edən videoçarx təqdim edilib.
Təqdimat mərasimində çıxış edənlər bu kitabın gələcək nəsillər üçün dəyərli bir vəsait olacağını vurğulayıblar.    
Şəhidin kursant və zabit yoldaşları çıxış edərək kapitan H. Cəfərli ilə bağlı xatirələrini bölüşüb,  onun döyüşlərdə göstərdiyi igidlik və qəhrəmanlıqlarından danışıblar.
Məlumat verilib ki, kapitan H. Cəfərli Vətən müharibəsində göstərdiyi cəsarətə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamları ilə “Vətən uğrunda”, “İgidliyə görə”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medallarına layiq görülüb.
Şəhid H. Cəfərlinin anası Zenfurə Cəfərli çıxış edərək oğlunun xatirəsini əziz tutduqlarına görə dövlətimizin başçısına, Müdafiə Nazirliyinin rəhbərliyinə, tədbir iştirakçılarına və kitabın müəllifi Hicran Hüseynova dərin minnətdarlığını bildirib. Şəhid anası bildirib ki, Həmidin dörd övladını onun adına, qəhrəmanlığına layiq böyütməyə çalışacaqdır.
Mərasimin bədii hissəsində Bakı şəhər Mədəniyyət Baş İdarəsinin əməkdaşları vətənpərvərliyi tərənnüm edən mahnılar ifa ediblər.
Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor