» » “İstehlakçıların hüquqlarının qorunması və ictimai nəzarət” mövzusunda tədbir keçirilib

ƏSAS / ÜMUMİ / ÖLKƏDƏ

“İstehlakçıların hüquqlarının qorunması və ictimai nəzarət” mövzusunda tədbir keçirilib

ctimai Nəzarət Mərkəzinin “İstehlakçıların hüquqlarının qorunması və ictimai nəzarət” mövzusunda 28 oktyabr 2021-ci ildə onlayn konfrans keçirilib. 

Konfransda bir sıra dövlət qurumları, icra nümayəndələri, sahibkarlar, Bakı və regional QHT-lər və KİV nümayəndələri iştirak edib. MQF-nin prezidenti, İctimai Nəzarət Mərkəzinin sədri Rauf Zeyni tədbir iştirakçılarını salamlayaraq ölkə prezidenti cənab İlham Əliyevin apardığı islahatlara dəstək olmaq məqsədilə yaradılan İctimai Nəzarət Mərkəzinin fəaliyyəti barədə qısa məlumat verib və ölkəmizdə aktual problemlərdən sayılan istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı məsələnin əhəmiyyətini diqqət mərkəzinə çatdırıb. Daha sonra, Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov məruzə ilə çıxış edərək Azərbaycanda istehsalçı və istehlakçı arasında mövcud vəziyyət və ümumilikdə Azad İstehlakçılar İctimai Birliyinin fəaliyyəti haqqında məlumat verib. 

O, istehlakçıların və sahibkarların qarşılaşdıqları möcvud problemləri ilə bağlı təklifləri sistemli formada həllinə nail olunması üçün bu cür müzakirələrin təşkil olunmasını yüksək qiymətləndirib. Daha sonra, İqtisadiyyat Nazirliyinin İstehlakçı hüquqları Şöbəsinin müdiri Roman Qaraşov salamlama çıxışını edərək istehlakçıların hüquqlarının müdafiəsi barədə geniş informasiyanı iştirakçıların nəzərinə çatdırıb. 

Daha sonra Ombusdman təsisatının nümayəndəsi Rəşad Novruzov nəzərə çatdırıb ki, bu çox əhəmiyyətli konfransdır və bu görüşün nəticəsi olaraq istehlakçı və istehsalçı arasında konstruktiv dialoq qurulması və bir çox istehlakçıların probleminin həll yollarına dair təkliflər verilməsi haqqında fikrini irəli sürdü. Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşı Səbinə Əsgərova çıxış edərək mövzu ilə əlaqədar Qida Təhlükəsizliyi Agentliyinin fəaliyyəti haqqında məlumat verib və istehlakçıların üzləşdikləri istənilən problemlərin operativ həll olunmasına hər zaman hazır olduqlarını qeyd edib.

Tədbirin gedişatında bir sıra dövlət qurumları, QHT nümayəndələri  - Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşı Sevda Məmmədli, KOBİA-nın əməkdaşı Sahib Nəcəfov, Dövlət Ekoloji Ekspertiza Agentliyinin İdarə Heyətinin sədri Mirsalam Qənbərov, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Rahil Süleymanzadə, Dövlət Gömrük Komitəsinin əməkdaşı Elçin Rüstəmov, Asan Xidmət Mərkəzinin layihə koordinatoru Şəhla Mövlanova, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupunun müdir müavini Tanrıverdi Aydınov, QHT nümayəndələrindən İlham İsmayılov, Əhməd Abbasbəyli, Məhsəti Hüseynova, Eldar Malik Abbas, Təhmasib Novruzov, Nəsimi Qarabağlı çıxış edərək məsələlərə dair öz təklif və fikirlərini bildirib.
Yekunda Rəşad Novruzov, Roman Qaraşov, Eyyub Hüseynov təklif və fikirlərə öz münasibətlərini bildirib. Sonda Rauf Zeyni iştirakçılara öz minnətdarlığını bildirib və vətəndaş cəmiyyətinin inkişafı, ictimai nəzarətin gücləndirilməsi naminə bu tədbirlərin davamlı keçiriləcəyini qeyd edib.

Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor