» » Gürcüstanda "zəfərə doğru addımla" müsabiqəsinin qalibləri mükafatlandırıldı

ƏSAS / ÜMUMİ / ÖLKƏDƏ

Gürcüstanda "zəfərə doğru addımla" müsabiqəsinin qalibləri mükafatlandırıldı

Gürcüstanda “Zəfərə doğru addımla” müsabiqəsinin qalibləri mükafatlandırıldı
06 noyabr 2021-ci il tarixdə Qardabani Gənclər Mərkəzi, “Gənclərin Töhfəsi” İB və “Azərbaycan-Türkiyə Qida Təhlükəsizliyi” İB birgə təşkilatçılığı, AR Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikası Gənclər Fondu, Mənəvi Dəyərlərin Təbliği Fondu, Sosial Tədqiqatlar Mərkəzi və Bakı şəhər Gənclər və İdman Baş İdarəsinin dəstəyi ilə “Zəfərə doğru addımla” layihəsi həyata keçirildi.
Mükafatlandırma mərasimində Azərbaycanının Gürcüstandakı səfirliyinin nümayəndəsi Sərxan İsmayılov, Türkiyənin Gürcüstandakı səfirliyinin nümayəndəsi Onur Sevim, AR Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndələri Nəriman Əliyev, Sabit Məmmədov və Ceyhun Abbasov, Qardabani Gənclər Mərkəzinin icraçı direktoru Hacı Hacıyev, “Gənclərin Töhfəsi” İB sədri Asim Vəliyev, “Azərbaycan-Türkiyə Qida Təhlükəsiliyi” İB sədri və “Zəfərə doğru addımla” layihəsinin rəhbəri Məhsəti Hüseynova, keçmiş millət vəkili, “Gürcüstan Azərbaycanlıları Şurası”nın sədri İshaq Novruzov, “Yeşilay” Gürcüstanın sədri Zviad Kochalidze, “Yeşilay” Gürcüstanın idarə heyətinin üzvü Həcər Mustafayeva, “Gürcüstan Gənclərinə Yardım və Maarifləndirmə” İB sədri Musa Hacıyev və bir çox gənclər iştirak etdi. 1-ci yer üzrə qaliblərə planşet, 2-ci və 3-cü yer qaliblərə mobil telefonlar, digər iştirakçılara isə qol saatı, müxtəlif qiymətli hədiyyələr və diplomlar təqdim olunmuşdur.
Nəzərinizə çatdırırıq ki, layihənin 3 ölkə - Azərbaycan, Gürcüstan və Türkiyə üzrə yekun mərasimi dekabr ayında həyata keçiriləcəkdir.




Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor