» » “Immortal Champions”da Xarıbülbül

ƏSAS / ÜMUMİ

“Immortal Champions”da Xarıbülbül


  •  
  •  
  •  

Əsas səhifəGündəmSiyasətİqtisadiyyatSosialYAP xəbərləriMüsahibəDünyaMədəniyyətİdmanAnalitikaMaraqlıƏdəbiyyatVideoMEDİAƏlaqə





  •  
  •  
  •  




  •  
  •  
  •  








blog-list-image

Londonda yaratdığı idman klubuna erməniləri buraxmayan ÇEMPİON

Bu gün sizə xaricdə yaşayan daha bir soydaşımızı tanıdacağıq. Əslində, onu çoxları tanıyır. Peşəkar kikboksçu, 7 dəfə Azərbaycan çempionu, 2010-cu ildə Bri
taniya çempionu, 2004, 2006, 2008-ci illərdə Dünya çempionu, 2003, 2008, 2017-ci illərdə Avropa çempionu olmuş, hazırda Londonda yaşayan və “Britaniya Azərbaycanlıları Assosiasiyası”na rəhbərlik edən Hafiz Baxşəliyev barədə danışacağıq.
Hafiz Baxşəliyev 1980-ci il aprel ayının 1-də Naxçıvanda anadan olub. 1996-2000-ci illərdə Təfəkkür Universitetinin İqtisad fakültəsindən məzun olduqdan sonra, 2000-2001-ci illərdə hərbi xidmətdə qulluq edib və peşəkar idmanda uğurlarının ardı-arası kəsilməyib. “Yeni Azərbaycan”a danışan soydaşımızın özü haqqında dedikləri:
“Kikboksinqə 1997-ci ildə, tələbəlik vaxtı sağlamlıq və məşğuliyyət üçün başladım. Sonra özümü inkişaf etdirərək, respublika səviyyəsində yarışlarda iştirak etdim. 2002-ci ildə ilk beynəlxalq yarışda iştirakım uğurlu alındı, II yerə çıxdım. 2009-cu ilə qədər 3 dəfə Dünya çempionu, 7 dəfə Azərbaycan çempionu oldum, beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil etməyə çalışdım”, - deyə çempion bildirir.
O, 91+ kg çəki dərəcəsində Azərbaycanı beynəlxalq yarışlarda təmsil edib. İştirak etdiyi müddətdə dəfələrlə Dünya, Avropa çempionatlarının qızıl, gümüş və bürünc medallarını qazanıb. 2007-ci ildə rəsmi K-1 peşəkar yarışlarında Azərbaycanı ilk dəfə təmsil edib. 2005-ci ildə “Rossiya protiv Mira” peşəkar kikboks yarışında dünyanın ən güclü kikboksçuları arasında rinqə çıxmış və bütün yarışda rus idmançısına qalib gələn yeganə idmançı olmuşdu. 2009-cu ildən Londonda yaşayır.
“Uelsin paytaxtı Kardiff şəhərində peşəkarlararası Avropa çempionu titulu uğrunda İspan idmançısı İsmail Berqamini nakautla məğlub etdim və Böyük Britaniyada Avropa kəmərini qazandım. Dostum təklif etdi ki, Kardiffdə qalım. Mən də qəbul etdim. Burada həm döyüşlərə qatılır, həm də dərs verirdim. Sonra düşündüm ki, fəaliyyət göstərdiyim sahədə London mənə daha böyük imkanlar verə bilər. 2010-cu ildə Londona köçdüm, 2011-ci ildə idmandan bir qədər uzaqlaşdım. 2017-ci ildə yenidən rinqə qayıtmğa həvəsləndim, 2 döyüş keçirdim, üçüncü döyüşüm mənə peşəkarlar arasında Avropa çempionu titulunu qazandırdı”, - deyən soydaşımız Britaniyadakı həyatı, soydaşlarımızın fəaliyyəti barədə də danışmağı unutmur.
“Təkcə London şəhərində əhalinin sayı bütün Azərbaycan əhalisinin sayından çoxdur. Burada həyat sürətlə axır. Böyük Britaniyada kifayət qədər bacarıqlı insanlarımız var, parlaq gələcəyinə inandığımız gənclərimiz yetişir. 44 günlük müharibə zamanı biz onların necə birlik göstərdiklərini gördük. Hər kəs öz yaşadığı ərazidən parlament nümayəndələrinə, dövlət rəsmilərinə məktublar ünvanladı. Azərbaycan həqiqətlərini yaymaq, çatdırmaq üçün səy göstərdilər, susmadılar. Biz burada güclüyük. Buradakı azərbaycanlı cəmiyyətin Vətən sevgisi böyükdür və bizi birləşdirən güc də məhz Vətən sevgisidir.
Britaniyada yaşayan azərbaycanlılar burada birlikdə toplaşacağımız, fikir mübadiləsi, müzakirələr aparacağımız bir qurumun olmasını çox arzu edirdilər. 2020-ci ildə Tovuz hadisələri bizim bu istəyimizə təkan verdi. Azərbaycanlılar olaraq Londonda toplandıq və “Britaniya Azərbaycanlıları Assosiasiyası”nı (British Azerbaijani Association) yaratdıq. Səsvermə nəticəsində soydaşlarımız məni təşkilatın rəhbəri vəzifəsinə layiq gördülər, rəsmi qeydiyyatdan keçərək, fəaliyyətə başladıq. Cəmiyyətimiz adından bizi narahat edən məsələlərlə bağlı Britaniya hökumətinə, müxtəlif ölkə səfirliklərinə, dövlət qurumlarına müraciətlər, məktublar yazırıq, müntəzəm Azərbaycan günləri, müxtəlif tədbirlər təşkil edirik. Növbəti tədbirimiz 7 noyabrda keçirildi. 44 günlük müqəddəs savaşımızda qələbəmizin ildönümünü qeyd etdik. Azərbaycanlı musiqiçilər və qonaqlar da tədbirdə iştirak etdilər. Ümumiyyətlə, xaricdə Azərbaycan və Qarabağla bağlı təşkil olunan diaspor tədbirlərində və İngiltərədə keçirilən nüfuzlu idman yarışlarında fəxri qonaq qismində tez-tez iştirak edirəm. 2017-ci ildə Xaricdə Yaşayan Azərbaycanlı İdmançılar Birliyinin həmtəsisçisi də oldum”, - deyə həmsöhbətimiz bildirir.
Qeyd edək ki, Hafiz Baxşəliyev 2016-cı ildə Londonda “Qafqaz” İdman Klubunu yaradaraq, qapısına “Ermənilərin kluba girişi qadağandır” ifadəsini yazdığına görə, Britaniyada, Ermənistanda və Fransada uzun müddət medianın gündəmində olub. Ermənistan mətbuatı, Britaniyadakı bir neçə erməni meyilli nəşrlər, Parisdə çıxan “Nouvelles Armenie” jurnalı bu məsələyə öz səhifələrində yer ayırıb, hay-küy salmışdılar.
“Açdığım idman klubuna gələn istənilən ermənini geri qaytarırdım və bunu elan etmişdim. Öncə İran vətəndaşı olan ermənilər narazılıq etdilər, sonra məsələ böyüdü. Mənsə sözümdən dönmədim. Bunu da Fransa, Britaniya və Ermənistandakı erməni mətbuatı hay-küylə qarşıladı, yazdı. Amma bu qara kampaniyanın mənim karyerama heç bir təsiri olmadı. Anladılar ki, azərbaycanlılar ermənilərlə bir araya gəlməməkdə qərarlıdırlar və güzəştə getmək niyyətimiz yoxdur.
Sonra “Immortal Champions” təşkilatını yaradaraq Londonda peşəkar kikboksinq yarışları təşkil etməyə başladım. 2018-ci ildən beynəlxalq səviyyədə peşəkar idman yarışları keçirdik. İlk yarış Azərbaycan Respublikasının yaranmasının 100 illiyi münasibətilə təşkil edilmişdi. Azərbaycandan  idmançı və məşqçi heyətini dəvət etdik. Dünyanın 170 ölkəsində bu yarışlar yayımlandı. “Immortal Champions” 2021-ci ilin sentyabr ayında müharibəmizin başlanmasının ildönümünə həsr olunmuş “Xarıbübül” kikboks yarışlarını təşkil etdi. Pandemiyaya görə təəssüf ki, burda azərbaycanlı idmançılar iştirak edə bilmədilər, amma yüksək səviyyəli yarış idi. Gələn qonaqlara biz Xarıbülbülün bizim üçün hansı mənəvi anlamının olması, müharibədə şəhid olan qardaşlarımız barədə də məlumat verdik və bu informasiya böyük maraqla qarşılandı”.
Hafiz Baxşəliyev müharibə günlərini Londonda deyil, cəbhə zonasında, azərbaycanlı əsgər qardaşları ilə çiyin-çiyinə keçirib və bununla qürur duyur. Böyük Britaniyada yaşayan soydaşlarımızın və Azərbaycanı sevənlərin topladığı böyük miqdarda maddi dəstəyi gətirib və öz əlləri ilə əmanəti təqdim edib.
“Müharibə başlayanda böyüklü-kiçikli, hamımız bir ürəyə dönmüşdük, dövlətimizə dəstək olmaq üçün səfərbər olmuşduq. Maddi dəstək topladıq, Türkiyədən tibbi ləvazimat aldıq, əsgərlərimiz üçün ilk yardım çantaları hazırladıq. Gətirdim, dövlət sərhəd xidmətinə təhvil verdim. Müharibə günlərində mən Londonda qala bilməzdim. Azərbaycanda oldum. Britaniyada yaşayan soydaşlarımızın mənə əmanət etmiş olduğu maddi dəstəyi özüm öz əllərimlə çatdırmağa çalışırdım. Əsgərlərimizlə görüşürdüm, ərzaq, isti geyim, nəyə ehtiyac vardısa, onu çatdırmaq istəyirdim. Qələbədə bizim də payımız olsun istədik. Mən Azərbaycana döyüşə qatılmaq üçün getmişdim. Amma cəbhə bölgəsindəki yüksək rütbəli zabitlərimiz izah etdilər ki, kifayət qədər döyüşə biləcək canlı qüvvəmiz var. Bildirdilər ki, icazəsiz şəkildə döyüşə qatılmaq nizami ordunun qaydalarına və Ali Baş Komandanın əmrinə zidd olardı. Ona görə biz də kənardan maddi dəstək verməklə müharibədə iştirak etdik. Azərbaycana ildə ən azı 1-2 dəfə gəlirəm. Müharibə başlayanda isə əvvəldən sona qədər cəbhə bölgəsində oldum. Müharibədən sonra da Assosiasiyamız şəhid və qazi ailələri ilə əlaqəni davam etdirir. Maddi-mənəvi dəstəyini əsirgəmir. Mən son olaraq bir söz də demək istəyirəm.
30 il idi ki, beynəlxalq arenalarda azərbaycanlı idmançılar erməni rəqiblərlə üzləşəndə məğlub olmamaq üçün var gücləri ilə səy göstərirdilər. Bu 30 il ərzində cəmi 1-2 dəfə bizim düşmənə rinqdə məğlub olmağımız qeydə alındı. Mənə elə gəlir bundan sonra da belə olacaq. 30 il öncə vətən işğal olunarkən hələ dünyaya gəlməmiş oğullarımız 30 il sonra o torpaqlar uğrunda  döyüşə girdilər, şəhid və qazi oldular. Mənə elə gəlir ki, bu rəqabət hələ çox illər davam edəcək. Biz yenə rinqlərə yalnız qələbə əzmiylə çıxacağıq. Ürəyimiz düşmənin etdiklərini unutmayacaq. Biz düşmənçilik etməyəcəyik, lakin dost deyib süfrəmizdə yer verdiyimiz bədxah qonşunun başımıza açdığı fəlakətləri də unutmamalıyıq. Bunu övladlarımız bilməlidir. Gözəl gələcək naminə keçmişi unutmaq olmaz”.
İlhamə Rəsulova
 
 
blog-list-image
Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor