» » Ulu öndər Heydər Əliyevin müqəddəs siyasətininin, cənab prezident İlham Əliyevin sarsılmaz iradəsinin və Azərbaycan ordusunun qələbəsidir

ƏSAS / ÜMUMİ

Ulu öndər Heydər Əliyevin müqəddəs siyasətininin, cənab prezident İlham Əliyevin sarsılmaz iradəsinin və Azərbaycan ordusunun qələbəsidir

44 günlük Vətən müharibəsi Ali Baş Komandanın, Azərbaycan Ordusunun, xalqımızın zəfəri ilə başa çatdı. 44 günlük haqq savaşımız Azərbaycan tarixinə qızıl hərflərlə əbədi yazıldı. Bu qələbəni Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi, müzəffər Ordumuzun şücaəti, qəhrəmanlığı, qorxmaz, cəsur əsgərlərimizin canı, müqəddəs, ölməz şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazandıq. 2020-ci ilin 27 sentyabr – 8 noyabr tarixləri arasında baş verən 44 günlük Vətən müharibəsi bunun bariz nümunəsidir. 1990-cı illərdə havadarlarının köməyi ilə Azərbaycanın 20 faiz ərazilərini işğal edən erməni barbarları 44 günlük Vətən müharibəsinə qədər bu əraziləri işğalda “əbədi” saxlamaq üçün əllərindən gələni edirdilər. Erməni lobbisi bir dəqiqə belə fasilə vermədən bütün dünyaya bu torpaqların “qədim erməni torpaqları” olduğunu sübut etməyə çalışır və bu istiqamətdə öz xislətlərinə uyğun şəkildə mənfur addımlar atırdılar. Təbii ki, bu proseslərin davam etdiyi 30 il ərzində Azərbaycan xalqı və dövləti boş dayanmamışdı. 1993-2003-cü illər ərzində Ulu Öndərin rəhbərliyi altında Azərbaycan Respublikası böhran vəziyyətindən yüksək inkişaf səviyyəsinə doğru irəliləməyə başladı. Ölkənin iqtisadi vəziyyətini yaxşılaşdırmaq üçün Azərbaycan neftinin dünya bazarına çıxarılması təmin edildi. Bu Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində həyata keçirildi. 1990-cı illərin əvvəllərində ermənilər tərəfindən beynəlxalq səviyyədə tanınmış ərazilərimizin işğal edilməsi Azərbaycan dövlətinin həmin dövrdə iqtisadi, hərbi imkanları baxımından çox zəif olduğnu göstərir. Ümummilli Liderin Azərbaycan dövlətinin, xalqının, dövlətçiliyinin parlaq gələcəyinin qurulmasına xidmət edən müqəddəs siyasəti nəticəsində bu vəziyyət yaxşıya doğru dəyişdi. Çar Rusiyası dövründə Orta Asiya və Qafqazın müsəlman xalqları orduda xidmətə cəlb edilmirdilər. Yalnız bəy və mülkədar ailələri imperatora sədaqətlərini bildirmək üçün öz uşaqlarının hərbi xidmət keçməsinə könüllü razılıq verirdilər. Bu hal Sovet İttifaqının qurulmasından sonra da davam etmiş və yalnız 1938-ci ildən sonra azərbaycanlıların ümumi hərbi xidmətə cəlb edilməsinə başlanmışdır. Lakin onlar əsasən xüsusi hərbi bilik və hazırlıq tələb etməyən hissələrə göndərilirdilər. Heydər Əliyev hələ 1969-1982-ci illərdə Azərbaycan SSR-ə rəhbərlik etdiyi dövrdə belə halların aradan qaldırılması, xalqımızın hərb sənətinə dərindən yiyələnməsi üçün 1971-ci il iyunun 20-də C.Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbi təşkil etdi. O dövrdə bu addımı atmaq çətin bir iş idi. Məşhur Suvorov adına, Naximov adına hərbi məktəblərin mövcud olduğu bir zamanda kiçik respublika olan Azərbaycanda hərbi məktəbin yaradılması müşkül idi. Lakin burada da dahi liderimizin əvəzolunmaz siyasəti köməyə yetir. O, azərbaycanlı tələbələrin rus dilini pis bildikləri üçün həmin məktəblərdə yaxşı təhsil ala bilmədiklərini bəhanə gətirir. Və həmin tələbələrin öz dillərində təhsil almalarının və bunun üçün də Azərbaycanda hərbi məktəbin yaradılmasının vacibliyini bildirir. Əslində o zaman Heydər Əliyev gələcəkdə azərbaycanın müstəqil olacağına daxilən inanmış və bunun üçün də Azərbaycanda milli hərbi kadrların yetişdirilməsi üçün var qüvvəsi ilə çalışmışdır. Ulu Öndərin Azərbaycanın hərbi gücünü artırmaq istiqamətində apardığı siyasət və bu siyasətin Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi müasir dövrdə Azərbaycan ordusunun dünya dövlətlərinin orduları sırasında ön sıralara keçməsinə şərait yaratdı. 2003-cü ildən etibarən Ulu Öndərin layiqli davamçısı prezident İlham Əliyev ölkəyə rəhbərlik etməyə və Heydər Əliyevin siyasi irsini layiqincə davam etdirməyə başlamışdır. Cənab prezident İlham Əliyevin sarsılmaz iradəsi, uzaqgörən siyasəti Azərbaycanın davamlı və dayanıqlı inkişafını təmin etməklə yanaşı ölkəmizi beynəlxalq aləmdə nüfuzunun xeyli artmasına səbəb olmuşdur. Prezident İlham Əliyev Ümummilli Lider Heydər Əliyevin ordu quruculuğu sahəsində apardığı islahatları davam etdirərək Azərbaycan ordusunun müasir silah-sursatla təmin edilməsi, ordunun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində əsaslı işlər həyata keçirmişdir. Bütün bunların nəticəsi kimi Azərbaycanın rəşadətli ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində 30 illik işğala son qoydu. 44 gün ərzində İllərdir ermənilər tərəfindən formalaşdırılan erməni mifi və Ermənistan “ordu”su tamamilə məhv edildi. 8 noyabr tarixində Azərbaycanın dilbər guşəsi, mədəniyyətimizin beşiyi olan Şuşa şəhərinin işğaldan azad edilməsi Azərbaycanın düşmən üzərində tam qələbə çalması demək idi. 10 noyabr tarixində isə Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur edildi. 10 noyabr 2020-ci il. Üç dövlət başçısının imzaladığı bəyanat 30 ildən çox davam edən münaqişənin aradan qaldırılması istiqamətində atılan mühüm addım oldu. İmzalanan üçtərəfli Bəyanatda nəzərdə tutulan məsələlər regionun gələcəyinə dair Prezident İlham Əliyev konsepsiyasının üstünlüyünü və həyatiliyini göstərməklə yanaşı, həmçinin bəyanatın bütün maddələri Azərbaycan tərəfinin uğurudur. Ən əsası isə, bu bəyanat regionda sabitliyin və təhlükəsizliyin möhkəmlənməsinə, bölgənin iqtisadi inkişafına xidmət edəcək, “Şərq-Qərb” nəqliyyat dəhlizinin tərkib hissəsi kimi “Mehri dəhlizi”nin açılması olacaq ki, bu da, ilk növbədə, Naxçıvana və sonra da qardaş Türkiyəyə dəmir yolunun açılması deməkdir. Həm də bu kommunikasiya xətləri təkcə Azərbaycan üçün deyil, eyni zamanda, region ölkələrinin hamısı üçün böyük əhəmiyyət kəsb edəcək. Həmçinin, üçtərəfli Bəyanatın imzalanması ümumxalq birliyinin təntənəsidir. Bütün dünya Azərbaycan xalqının birliyini gördü. Ölkəmizin bütün bölgələrində hər bir vətəndaş böyük həyəcan hissi ilə bu günləri yaşayıb, hər gün televiziya önündə, radio qarşısında, internetdə cəbhədən gələn xəbərləri izləyib, uğurlara sevinib. Ölkəmizdə yaşayan bütün millətlərin nümayəndələri, bütün dini konfessiyaların nümayəndələri cəsarət göstərərək, düşmənlə vuruşaraq Azərbaycanın ərazi bütövlüyünü bərpa etdilər. Həmrəylik bizim böyük sərvətimizdir, böyük dəyərimizdir.Müzəffər Ali Baş Komandanın Dəmir Yumruğu və rəşadətli Azərbaycan ordusunun gücü qarşısında aciz qalan, dalana çevirilmiş Ermənistan dövləti öz məğlubiyyətini qəbul etdi və üçtərəfli bəyanata imza ataraq kapitulyasiya aktını imzalamış oldu. Azərbaycanın əldə etdiyi böyük qələbə Ulu Öndər Heydər Əliyevin müqəddəs siyasətininin, cənab prezident İlham Əliyevin sarsılmaz iradəsinin və Azərbaycan ordusunun qələbəsidir. Azərbaycan xalqı zamanında Ulu Öndər Heydər Əliyevin bizim azadlığımız, müstəqilliyimiz və sərbəstliyimiz haqqında dediyi fikirlərin əbədi olaraq xalqımıza məxsusluğunu 44 günlük Vətən müharibəsində əyani şəkildə göstərdi. Ulu Öndər Heydər Əliyevin həmin fikirlərini sizə təqdim etməyi özümə borc bilirəm. Ulu Öndər Heydər Əliyev: Biz azadıq, biz müstəqilik, biz sərbəstik, biz heç kəsdən asılı deyilik, biz özümüz öz taleyimizin sahibiyik! Həqiqətən də bu belədir. Azərbaycan dövləti heç bir asılılığı olmayan azad, müstəqil, sərbəst və güclü dövlətdir. Ulu Öndərin dediyi kimi biz özümüz öz taleyimizin sahibiyik. 44 günlük Vətən müharibəsində də Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında öz taleyimizi həll etdik. Artıq Dağlıq Qarabağ münaqişəsi yoxdur. Münaqişə bitib. Azərbaycan dövlətinin qarşısında duran əsas vəzifə 1 milyondan artıq qaçqın və məcburi köçkünləri öz ata-baba yurdlarına geri qaytarmaqdır. Ancaq bu zaman tələb edir. Çünki vəhşi erməni etnosu 30 il ərzində işğalda saxladığı ərazilərdə bütün tarixi-mədəni abidələri, infrastrukturu tamamilə dağıdıb. Eyni zamanda bu ərazilərdə minalama işləri aparılmışdır. Bunun üçün əhalinin oraya köçürülməsindən əvvəl minaların təmizlənməsi, tarixi-mədəni abidələrinin və infrastrukturun bərpa edilməsi vacib məsələdir. Ancaq qaçqın və məcburi köçkünlərin işğaldan azad olunmuş ərazilərə yaxın gələcəkdə köçürülməsi üçün müxtəlif addımlar atılır. Bunun üçün orada aparılan işlər gücləndirilmiş rejim əsasında aparılır. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən Vətən müharibəsində şəhid olmuş igid vətən oğullarının xatirələrinə, onların ailələrinə, qazilərimizə və vətən müharibəsi iştirakçılarına xüsusi diqqət və qayğı ilə yanaşılır. Ali Baş Komandan tərəfindən şəhid ailələrinin və qazilərin sosial rifahının yaxşılaşdırılması istiqamətində müxtəlif qərarlar, sərəncamlar qəbul edilmiş və adiyyatı orqanlara tapşırıqlar verilmişdir. Vitse-prezident Mehriban xanım Əliyeva da şəhid ailələrinə, qazilərimizə xüsusi diqqət və qayğı ilə yanaşır. Mehriban xanımın təşəbbüsü ilə Heydər Əliyev fondu tərəfindən xeyli sayda qazimiz xarici ölkələrdə müalicə olunaraq yenidən öz sağlamlıqlarına qovuşublar. Qələbəmizi əbədiləşdirmək üçün cənab prezident İlham Əliyev 2020-ci ilin 3 dekabr tarixində 8 noyabr tarixinin Zəfər Günü kimi qeyd edilməsi haqqında sərəncam imzalamışdır. Və bu gün Azərbaycan xalqı tərəfindən əbədi olaraq bayram kimi qeyd ediləcək. Artıq Azərbaycanın qələbə çalmasından 1 il ötür. Hər kəs Qələbə sevincini yaşayır. Bu gün dünyanın hər yerində öyrənilən möhtəşəm qələbənin qazanılması naminə həyatını qurban verən müqəddəs şəhidlərimizin xatirəsi heç vaxt unudulmayacaq və xalqımız onların hər birini böyük minnətdarlıqla, məhəbbətlə yada salacaq, xatirələrində yaşadacaqdır. Azərbaycan xalqı qəhrəman şəhid və qazilərimizlə yanaşı əks-hücum əməliyyatının başladığı ilk gündən ermənipərəst qüvvələrin təzyiqlərinə misilsiz dəyanətlə sinə gərən, həm diplomatiya cəbhəsinə, həm də hərbi qüvvələrimizə rəhbərlik edən, böyük zəfərin qazanılmasında müstəsna rol oynayan böyük dövlət xadimini-Ali Baş komandan İlham Əliyevin xidmətlərini, qələbəmiz naminə çəkdiyi əziyyətləri heç vaxt yaddan çıxarmayacaq. Böyük Zəfər bayramınız mübarək, əziz həmvətənlər!”. Bu Qələbə sevincini bizə yaşadan öz gələcəklərini, həyatlarını, canlarını vətənin bütövlüyü, beynəlxalq səviyyədə tanınmış sərhədlərimizin bərpa edilməsi uğrunda fəda etmiş şəhidlərimizin ruhu qarşısında baş əyir, sağlamlıqlarını itirmiş qazilərimizə şəfa diləyirəm. Şəhidlərmizin əziz xatirəsi xalqımızın qəlbində, dövlətçiliyimizin və hərb tariximizin şanlı səhifələrində əbədi yaşayacaqdır! Böyük Zəfər bayramınız mübarək, əziz həmvətənlər!”. Gənc Vətənpərvərlər Ictimai Birliyi Sədri Müqamət Süleyman oğlu Əliyev
Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor