» » “AzerGold” QSC tərəfindən Beynəlxalq Yer Gününə həsr olunmuş tədbirlər keçirilib

ƏSAS / İQTİSADİ

“AzerGold” QSC tərəfindən Beynəlxalq Yer Gününə həsr olunmuş tədbirlər keçirilib

“AzerGold” QSC-nin təşəbbüsü ilə 22 Aprel – Beynəlxalq Yer Günü münasibətilə ekoloji və maarifləndirici tədbirlər təşkil edilib.
Beynəlxalq Yer Günü həftəsi çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin birgə təşkilatçılığı ilə aprelin 21-də Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib.
Aksiyada ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Rəşad İsmayılov, “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov, eləcə də hər iki qurumun rəhbər heyəti, əməkdaşları və könüllülər iştirak edib. Tədbir zamanı Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun Eldar şamı və zeytun ağacları əkilib.
Aprelin 22-də isə “AzerGold”un rəhbər heyəti və əməkdaşlarının Abşeron rayonunun Qobustan kəndinin ərazisində yerləşən Palçıq Vulkanları Turizm Kompleksinə ekskursiyası təşkil edilib.
Ekskursiya çərçivəsində ərazidəki palçıq vulkanları barədə məlumat verilib, Səhmdar Cəmiyyətinin heyəti “Qılınc” palçıq vulkanını yaxından izləyiblər.
Kompleksdə planetimizin təkamül prosesini nümayiş etdirən eksponatlarla zəngin olan sərgi zallarında heyvanat aləminin tarixinə dair faydalı məlumatlar təqdim olunub.
“Minerallar” sərgisində ölkəmizin fərqli bölgələrinə aid nadir qiymətli daşlar, kristallar və geoloji nümunələri, müxtəlif mineralların qarışıqlarından ibarət süxurlara baxış keçirilib.
Qeyd edək ki, Beynəlxalq Yer Günü ilk dəfə 1970-ci ilin aprelin 22-də ABŞ-də qeyd olunub. Həmin vaxt 20 milyona yaxın insan ətraf mühitin qorunmasına diqqəti artırmaq üçün müxtəlif tədbirlər təşkil edərək, öz mövqelərini ifadə edib. 2009-cu ildə isə BMT-nin Baş Assambleyası tərəfindən qəbul olunmuş qətnaməyə əsasən, “Beynəlxalq Yer Günü” hər il aprelin 22-də beynəlxalq səviyyədə qeyd olunur.

“AzerGold” QSC tərəfindən Beynəlxalq Yer Gününə həsr olunmuş tədbirlər keçirilib (FOTO)

Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor