» » İtlərin hücumuna məruz qalan İsmayıllı sakini xəsarət alıb – FOTO

ƏSAS / ÜMUMİ / DÜNYADA / ÖLKƏDƏ

İtlərin hücumuna məruz qalan İsmayıllı sakini xəsarət alıb – FOTO

İsmayıllı rayonunda daha bir nəfərə sahibsiz küçə iti xəsarət yetirib.
APA xəbər verir ki, İsmayıllı şəhər sakini, 1960-cı il təvəllüdlü Mustafayev Sarvan Dəmir oğlu ötən gecə evinə ərzaq apararkən qəflətən itlərin hücumuna məruz qalıb. İtlərdən biri onun sağ əlini dişləyərək əlindəki ərzağı aparıb. O, üç barmağının dişlənmiş yarası ilə xəstəxanaya aparılıb, quduzluğa qarşı vaksin olunub, hazırda müalicəsi davam edir.
Son vaxtlar İsmayıllıda sürü halında gəzən itlər hər tərəfə qorxu saçır. Rayonda it dişləməsi halları çoxalıb. Bu da sahibsiz küçə itlərinin sayının artmasından xəbər verir. İsmayıllı rayonunda son bir ildə 500-dən çox insanı it dişləyib. İsmayıllı şəhərinin bütün küçələrində sahibsiz itləri görmək mümkündür.
Bir neçə ay öncə rayonun Kürdmaşı kəndində itin hücumuna məruz qalan bir kişi dünyasını dəyişmişdi. Sahibsiz itlər məktəbə uşaq göndərən valideynləri daha çox narahat edir. Orta məktəb şagirdləri Nicat Həsənov və İsmayıl Zeynalov küçədə dəfələrlə itlərin hücumuna məruz qaldıqlarını, qorxduqlarını bildiriblər.
İsmayıllı Rayon Mərkəzi Xəstəxanasından APA xəbər verir ki, noyabrda 34 nəfər, ötən bir ildə 517 nəfər it dişlədiyi üçün həkimə müraciət edib. Ötən ay it dişləmiş xəstələrdən 3-ü ağır xəsarətlə cərrahiyə şöbəsinə yerləşdirilib.
Bu məsələ ilə bağlı ciddi tədbirlərin görülməsi üçün dəfələrlə İsmayıllı rayon İcra Hakimiyyətinə, kommunal təsərrüfat və baytarlıq idarələrinə müraciət edən, lakin nəticə əldə edə bilməyən vətəndaşlar hazırda çarəsiz durumda qaldıqlarını bildiriblər. Hazırda İsmayıllıda sahibsiz küçə itləri üçün xüsusi sığınacaqların yaradılmasına, onların zərərsizləşdirilməsinə ehtiyac var.
İsmayıllı rayon İcra Hakimiyyətinin nümayəndəsi Anar Məmmədov APA-a bildirib ki, məsələ diqqət mərkəzindədir, problemin həlli üçün yaxın vaxtlarda tədbirlər görüləcək. Sahibsiz itlər üçün sığınacaq tikiləcək, layihə hazırlanıb, pul vəsaiti köçürülüb. Gələn il küçə itləri sığınacağa yerləşdiriləcək. Hələ ki, bununla bağlı konkret tədbir görülmədiyi üçün rayon sakinləri bir müddət də gözləməli olacaq.

Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor