» » Hulusi Akar Valeh Məmiyevin ailəsi ilə görüşdü - FOTO

ƏSAS / ÜMUMİ / DÜNYADA / HƏRBİ

Hulusi Akar Valeh Məmiyevin ailəsi ilə görüşdü - FOTO

Türkiyənin milli müdafiə naziri Hulusi Akar işğal altındakı torpaqları qurtaracağına dair ona söz verən azərbaycanlı şəhid baş leytenant Valeh Məmiyevin ailəsi ilə Ankarada görüşüb.
Bu barədə nazirliyin “Twitter” səhifəsində qeyd edilir.
Görüşdə şəhidin atası İsbat Məmiyev, anası İlhamə Məmiyeva, qardaşı Vüsal Məmiyev və qardaşı oğlu Sabir Məmiyev iştirak edib.
Türkiyə və Azərbaycanın “iki dövlət, bir millət” olduğunu vurğulayan nazir bunun Vətən Müharibəsində bütün dünyaya bir daha nümayiş etdirildiyini bildirib. İki qardaş ölkənin kədər və sevinc içində bir yerdə olduğunu ifadə edən Akar bir çox ölkənin bu birliyə həsədlə baxdığını da vurğulayıb.
Qeyd edək ki, şəhid baş leytenant Valeh Məmiyevin ailəsi Hulusi Akarın dəvəti ilə Ankaraya gedib.
Baş leytenant Valeh Məmiyev 13 avqust 2020-ci il tarixində Azərbaycanda təşkil edilmiş Türkiyə-Azərbaycan Ortaq Təlimində fərqlənən əsgərlərdən biri olub.
Təlimdən sonra Akar Məmiyevə mükafat təqdim edib, xatirə şəkli çəkdirib və bir müddət onunla söhbətləşib.
Akar Məmiyevə “Təlimdə gücünüzü və peşəkarlığınızı göstərməyiniz çox xoşdur. Ancaq əsas vəzifəniz 30 ildir işğal altında olan torpaqlarınızı xilas etmək olmalıdır. Buradakı müvəffəqiyyətinizi döyüş meydanında da təkrarlamalısınız” deyib.
Məmiyev isə bildirib ki, “Biz Ali Baş Komandandan əmr gözləyirik. Əmr gəldiyi an torpaqlarımızı qurtaracağıq və sizin istəyiniz yerinə yetiriləcək”.
 

Mövzu ilə əlaqədar

Şəhid baş leytenantın ailəsi Hulusi Akarın dəvəti ilə Ankaraya getdi - FOTO/VİDEO
Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor