» » QHT-lər Müşviqabadda 1000-ə yaxın ağac əkib (FOTO)

ƏSAS / ÜMUMİ / ÖLKƏDƏ

QHT-lər Müşviqabadda 1000-ə yaxın ağac əkib (FOTO)

Bakı. Samir Əli - Trend:
Bu gün QHT-lərə Dövlət Dəstəyi Agentliyi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birlikdə Müşviqabad qəsəbəsində daha bir ağacəkmə aksiyası keçirib.
Trend-in məlumatına görə, kampaniyada 1000-dən artıq ağac əkilib.
Aksiyada iştirak edən QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva bildirib ki, aksiyada Azərbaycanda fəaliyyət göstərən 300-ə yaxın QHT nümayəndəsi iştirak edir.
"Aksiya gün ərzində davam edəcək. Tədbir çərçivəsində həm Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları, həm QHT rəhbərləri, həm də agentlik əməkdaşlarının iştirakı ilə ağac və tinglər kiləcək və sulanacaq. Aksiyanın məqsədi ekoloji durumun yaxşılaşdırılmasına töhvə verməkdir," - icraçı direktor bildirib.
Tədbirdə iştirak edən ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev isə deyib ki, ümumilkdə ərazi 300 hektara yaxındır.
"Əvvəllər bu ərazilər çöllük yer idi. Amma artıq burada yaşıllıq zolağı salınıb. Əsasən burda zeytun və iynəyarpaq ağaclar əkirik. Ümid edirik ki, ağaclarda çıxış 100 faiz olacaq. İrada bir neçə ildir ki ağac əkilməsi nə başlanıb və proses hələ də davam edir. Əkilən ağaclar artıq normal bitib. Əkilən ağaclara qulluq edilir və bu da vacibdir. Bizim əkdiyimiz ağacların 98 faizi bitib,"- F.Əliyev deyib.

Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor