Qusarda Şahdağ turizm mərkəzində dördüncü “Art Zone Week” simpoziumunda fırça ustalarımız öz rəng dünyasını kətana köçürüblər. “Art Zone Week” simpoziumu dekabrın 20-dən 27-nə qədər davam edib. Simpoziumda 16 rəssam iştirak edib. 50-yə yaxın rəsm əsəri təqdim edilib. Bu möhtəşəm Mədəniyyət və İncəsənət həftəsi Azərbaycan Turizm Agentliyinin dəstəyi ilə Şahdağın ətəyində yerləşən və ölkənin bir nömrəli xizək mərkəzi saylan “Şahdağ” Hotel & SPA-da baş tutub. “Şahdağ” Yay-qış Turizm Mərkəzi “Art Zone Week” rəngkarlıq simpoziumuna artıq ikinci dəfədir ki, ev sahibliyi edir. İnanırıq ki, bu xoş və gözəl ənənə uzun müddət davam edəcək və hamımız bir-birimizin görüşünə sevərək, sevinərək gələcəyik. Ətraflı Baku TV-nin süjetini təqdim edirik:
Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
Xəbər üçün şərhlər