» » "Alov qüllələri"nin qarşısında PARTLAYIŞ - Xəsarət alanlar var (YENİLƏNİB)

ƏSAS / ÜMUMİ / ÖLKƏDƏ / HADİSƏ

"Alov qüllələri"nin qarşısında PARTLAYIŞ - Xəsarət alanlar var (YENİLƏNİB)

Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi “Alov qüllələri” hotelinin qarşısında baş verən partlayışla bağlı məlumat yayıb.

Qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bildirib ki, Yasamal rayonu, “Alov qüllələri” hotelinin yaxınlığındakı məşələ nəzarət edən Rayon İcra Hakimiyyətinin işçiləri tərəfindən iş aparıb.

"Ehtiyatsızlıq səbəbindən qaz sızması baş verib. Nəticədə partlayış qeydə alınıb. Orada çalışan iki işçinin qəsarət alması barədə məlumat almışıq. Qeyd edim ki, sayğacdan sonrakı xətdə “Azəriqaz” İstehsalat Birliyinin heç bir nəzarət funksiyası yoxdur. Yəni məşələ qədər olan hissədə heç bir problem baş verməyib. Hər şey saz vəziyyətdə olub", - o vurğulayıb.

***

11:16

Bakıda qaz sızmasından partlayış olub.

Hadisə Səbail rayonunda, “Alov qüllələri” hotelinin qarşısında qeydə alınıb.

Orada yerləşən sütunun içindən keçən qaz xəttində partlayış olub, nəticədə 2 nəfər xəsarət alıb.

Xəsarət alanlar təcili yardım briqadası tərəfindən xəstəxanaya aparılıb. Hadisə zamanı bir neçə avtomobilə də ciddi ziyan dəyib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.



Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor