» » Samuxda gəzmək adı ilə 17 yaşlı qızı qaçırdılar

ƏSAS / ÜMUMİ / ÖLKƏDƏ / HADİSƏ

Samuxda gəzmək adı ilə 17 yaşlı qızı qaçırdılar

Samuxda oğlan 17 yaşlı qızı evlənmək məqsədilə qaçırıb. 
Oxu.Az xəbər verir ki, bu barədə məlumat sosial şəbəkədə paylaşılıb.
İddia edilir ki, 10-cu sinif şagirdinin özündən böyük şəxslə ailə daxilində keçirilən mərasimlə dekabrın 28-də nişanı olub. Daha sonra oğlan qızı gəzmək adı ilə görüşə çağıraraq qaçırıb. 
Məsələ ilə bağlı Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat katibi Teymur Mərdanoğlu ilə əlaqə saxladıq. 
Oxu.Az-a açıqlama verən komitə rəsmisi faktı təsdiq edib:
“Belə bir hadisənin baş verdiyi barədə sosial şəbəkədə yayılan məlumatlar əsasında komitə tərəfindən araşdırma aparıldı və fakt təsdiqini tapdı.
İlkin məlumatlara görə, dekabrın 28-də Samux rayonu Qarayeri qəsəbə sakini 10-cu sinif şagirdi olan 17 yaşlı B.T ailələrin razılığı ilə nişanlanıb. Daha sonra nişanlandığı Samux rayonu Yenikənd sakini tərəfindən qaçırılıb. Hazırda şəxsin kimliyi müəyyənləşdirilir. Məsələ ilə bağlı aidiyyəti üzrə Samux Rayon İcra Hakimiyyəti yanında Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaya məlumat verilib. Hər iki tərəfin valideynləri məsələ ilə bağlı Samux Rayon İcra Hakimiyyətinə dəvət olunublar. Eyni zamanda hadisə barədə hüquq-mühafizə orqanlarına da məlumat verilib. Bütün zəruri tədbirlər görülür, məsələ komitənin nəzarətindədir”.
Könül Cəfərli
Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor