» » Tokayev xalqa müraciət etdi: Nazarbayevin ömürlük səlahiyyətini öz üzərinə götürdü

ƏSAS / ÜMUMİ / DÜNYADA / SİYASİ / HADİSƏ

Tokayev xalqa müraciət etdi: Nazarbayevin ömürlük səlahiyyətini öz üzərinə götürdü

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev xalqa müraciət edib.
O, müraciətində paytaxtda, xalqla birlikdə qalacağını bildirib. Qazaxıstan prezidenti həmçinin bu gündən etibarən Təhlükəsizlik Şurasına sədrlik edəcək.
“Dövlət başçısı kimi və bu gündən etibarən Təhlükəsizlik Şurasının sədri kimi mümkün qədər sərt davranmaq niyyətindəyəm”, - deyə Qazaxıstan başçısı Kasım-Jomart Tokayev xalqa müraciətində bəyan edib. 
Onun sözlərinə görə, bu, özlərinin və ailələrinin həyatını qorumaq üçün mənə çoxsaylı müraciətlər edən vətəndaşlarımızın təhlükəsizliyi məsələsidir. Bu, dövlətimizin təhlükəsizliyi məsələsidir. Əminəm ki, xalq məni dəstəkləyəcək.
Ölkə başçısı həmçinin nə baş verməsindən asılı olmayaraq, paytaxtda qalacağını açıqlayıb.
“Xalqın yanında olmaq mənim konstitusion borcumdur. Qazaxıstan tarixindəki bu qara zolağı birlikdə aşacağıq. Bundan güclü çıxacağıq”, - deyə o bildirib.
Kasım-Jomart Tokayev həmçinin etirazlarla bağlı bildirib ki, yaxın vaxtlarda yeni təkliflər paketi açıqlanacaq.
Qeyd edək ki, buna qədər Nursultan Nazarbayev Təhlükəsizlik Şurasının ömürlük sədri idi.
Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor