» » Qışda Naxçıvana getməyiniz üçün daha bir səbəb: “Ağbulaq” Xizək Mərkəzi qiymətləri ilə sizi məmnun edəcək

ƏSAS / ÜMUMİ / ÖLKƏDƏ / SAĞLAMLIQ

Qışda Naxçıvana getməyiniz üçün daha bir səbəb: “Ağbulaq” Xizək Mərkəzi qiymətləri ilə sizi məmnun edəcək

Dəniz səviyyəsindən 2 min metr yüksəklikdə yerləşən “Ağbulaq” Xizək Mərkəzində uzunluğu 1580, eni 30 metr olan böyük xizək sürüşmə zolağı, kanat, əyləncə və uşaq parkları, “Climbing Wall” (divara dırmanma) və konveyer xətləri quraşdırılmışdır. Mərkəzdə hər ölçüyə uyğun xizək ləvazimatlarının kirayəsi də var. Həmçinin peşəkar xizək mütəxəssisləri tərəfindən xizək və snoubord sürmə təlimləri də keçirilir. Qar motoru turları ilə Naxçıvanın qarlı dağlarında tur da qonaqların sevdiyi xidmətdir.
“Ağbulaq” Xizək Mərkəzində turistlərin qonaqlaması üçün hoteldə standart otaqlar və xüsusi kotteclər, restoran və kafelər fəaliyyət göstərir.
Qiymətlər isə gələn turistləri daha da sevindirir. Belə ki, “Ağbulaq” Xizək Mərkəzində xizək dəst geyimi - 15 manat, kanatdan istifadə və uşaqlar üçün kirşə qiyməti isə sadəcə 5 manatdır.
Hər kəsin cibinə və zövqünə uyğun restoranlarda milli və Avropa təamları, müxtəlif nöqtələrdə quraşdırılmış “Barbecue” yemək çadırlarında isti yeməklər və isti çaxır, hər büdcəyə uyğun qonaqlama imkanları Naxçıvan Muxtar Respublikasına gələn xarici və yerli turistləri çox məmnun edir.
“Ağbulaq” turistlərin əylənməsi üçün müntəzəm olaraq tədbirlər təşkil edir. Belə ki, 13 yanvar saat 18:00-da “Ağbulaq”da məşhur estrada ulduzları Zamiq Hüseynov və Sevda Yəyhayevanın da iştirak edəcəyi “White Show”un qışın ən əyləncəli tədbirlərindən biri olacağı gözlənilir.
“Ağbulaq” Xizək Mərkəzinə gəlmək istəyənlər müxtəlif tur paketlərindən və ailələr üçün olan endirimlərdən də yararlana bilərlər.
Daha ətraflı məlumat üçün www.agbulaq.com saytından, agbulaq_ski_center “Instagram” səhifəsindən və aşağıda qeyd edilən nömrələrlə əlaqə saxlaya bilərsiniz:
+994602040054
+994602040454
Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor