» » Türk Ağsaqqalları Birliyi – TAİB-in Təşkilat Komitəsinin üzvləri Şəhidlər Xiyabanını və Türk Şəhidliyini ziyarət ediblər

ƏSAS / ÜMUMİ / ÖLKƏDƏ

Türk Ağsaqqalları Birliyi – TAİB-in Təşkilat Komitəsinin üzvləri Şəhidlər Xiyabanını və Türk Şəhidliyini ziyarət ediblər

Bu gün Türk Ağsaqqalları Birliyi – TAİB-in təmsilçiləri 20 Yanvar hadisələrinin 32-ci ildönümü ilə əlaqədar Şəhidlər Xiyabanını ziyarət ediblər.
Ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin məzarları üzərinə gül dəstələri düzülüb, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.
Türk Ağsaqqalları Birliyininin Təşklilat Komitəsinin sədri, akademik Sudeyif İmamverdiyev jurnalistlərə açıqlamasında bildirib ki, 20 Yanvar şəhidlərinin xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq: “Azərbaycan xalqı Vətən uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsini böyük ehtiramla yad edir. Xalqımız şəhidlərin əziz xatirəsini hər zaman uca tutacaq” deyə, Sudeyif İmamverdiyev qeyd edib. 
Türk Ağsaqqalları Birliyinin təsisçisi, Missiya Media Qrupunun rəhbəri Ramin Əhmədov izə öz növbəsində vurğulayıb ki, 20 Yanvar hadisələri Azərbaycan xalqının müstəqillik uğrunda apardığı mübarizənin şanlı örnəyi kimi tarixə yazılıb. “Şəhidlərimizin ruhu qarşısında baş əyirik. Onların əziz xatirəsi qəlbimizdə daim yaşayacaq” – deyə, Ramin Əhmədov bildirib.
Türk Ağsaqqalları Birliyinin təmsilçiləri daha sonra Türk şəhidliyini ziyarət ediblər.  Qurumun üzvləri abidənin üzərinə tər çiçəklər düzüb, 1918-ci ildə erməni terror birləşmələrinə qarşı mübarizədə Azərbaycan əsgərləri ilə yanaşı canlarını qurban vermiş qəhrəman türk əsgərlərini  ehtiramla yad edərək onların ruhuna dualar oxuyublar.







#TAİB #TürkAğsaqqallarıBirliyi #20Yanvar
Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor