» » Bakıda "Birinci Beynəlxalq Kredit Hesabatlığı Konfransı" keçirilir

ƏSAS / İQTİSADİ

Bakıda "Birinci Beynəlxalq Kredit Hesabatlığı Konfransı" keçirilir

Bakıda "Birinci Beynəlxalq Kredit Hesabatlığı Konfransı" keçirilir
 
Bakı şəhərində "Birinci Beynəlxalq Kredit Hesabatlığı Konfransı" keçirilir.
Önder.tvxəbər verir ki, "Məlumatdan Qararlara: Kredit Bürolarının Gələcəyi" mövzusuna həsr olunmuş tədbirdə Azərbaycan Respublikasının Mərkəzi Bankı, Azərbaycan Banklar Assosiasiyası, Azərbaycan Kredit Bürosu (AKB), banklar və beynəlxalq kredit bürolarının rəhbərləri və beynəlxalq ekspertlər iştirak edir.
Kredit qərarlarının verilməsi zamanı kredit hesabatlılığın və skorinqin rolu, risklərin idarə edilməsi və səmərəli idarəetmənin təmin edilməsi məqsədilə təklif edilən həllər, süni intellekt, böyük verilənlər bazası (big data) idarəetməsi və rəqəmsal transformasiya kimi aktual məsələlər müzakirə olunur.
Konfransda Avrasiya Kredit Məlumat Təchizatçıları Assosiasiyasına (ACIPE) üzv olan 9 ölkənin kredit bürosunun rəhbər və işçi heyəti iştirak edir.
Tədbir kredit hesabatlığı sahəsində qabaqcıl təcrübələrin bölüşülməsi, innovativ məhsul və xidmətlərin təqdimatı, eləcə də sektor üzrə imkanlar və çağırışların müzakirəsi baxımından unikal platforma rolunu oynayır.
Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor