» » İnkişafa və İslahatlara Dəstək İctimai Birliyi layihəyə start verdi

ƏSAS / ÜMUMİ / ÖLKƏDƏ

İnkişafa və İslahatlara Dəstək İctimai Birliyi layihəyə start verdi

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə QHT-lərə dövlət səviyyəsində dəstəyin göstərilməsi, ölkədə ictimai nəzarəti və şəffaflığı gücləndirmək məqsədilə vətəndaş cəmiyyəti institutlarının inkişafına qayğı göstərilməsi və bu istiqamətdə islahatların aparılması QHT sektoru və ümümilikdə ictimaiyyət tərəfindən yüksək qiymətləndirilir.
QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə İnkişafa və İslahatlara Dəstək İctimai Birliyinin “Şəhid və qazilərin həyat yolunu işıqlandıraraq gənc nəslin maarifləndirilməsi” adlı layihəsinin icrasına start verilib. Layihənin məqsədi müxtəlif regionlarda vətən müharibəsi iştirakçıları və ailələri ilə görüşlər keçirmək, onlar barədə çəkilişlər etmək, qısametrajlı filmlər hazırlamaq və ictimaiyyətə təqdim etməklə tanıtmaqdan ibarətdir. 
Bu gün böyük fəxarət hissi ilə deyə bilərik ki, məhz Müzəffər Ali Baş Komandanın rəhbərliyi, yenilməz iradəsi və rəşadətli Azərbaycan Ordusunun yenilməzliyi, şücaəti ilə 30 ilə yaxın bir müddətdə düşmən tərəfindən işğal olunmuş torpaqlarımız azad olunub. Cəmi 44 gün davam edən Vətən müharibəsində Şanlı Ordumuz tərəfindən düşmən ordusu tamamilə dağıdılıb, 80 faizə qədər hərbi sursatı və çoxlu sayda canlı qüvvəsi məhv edilib. Beləliklə, 30 illik işğala son qoyulmuş və bu qələbə dünya hərb tarixinə qızıl hərflərlə yazılmışdır. Torpaq sevgisi ilə canından keçən, qələbə sevincini xalqımıza yaşadan döyüşçülərimizin - şəhidlərimizin, qanlı döyüşlərdə yaralanmış əsgər və zabitlərimizin igidliyini və fədakarlığını heç vaxt unutmayacağıq, onları tanıdacağıq və xatirələrini əbədiləşdirəcəyik.
Layihə çərçivəsində 20 şəhid ailəsi və 10 nəfər qazi ilə 11 regionda (Bakı, Sumqayıt ,Qusar, Zaqatala,Qax, Quba, Astara, Gəncə, Balakən, Daşkəsən, Cəlilabad) görüşlər və çəkilişlər nəzərdə tutulmuşdur. Layihə 3 ay müddətdə reallaşdırılacaqdır.
Qeyd edək ki, təşkilat tərəfindən 50-ə yaxın şəhid barədə “Vətən naminə” verilişi, 7 nəfər qazi barədə “Zəfər” verilişi hazırlanıb və “Öndər TV” internet televiziyasında və ”onder.tv” saytında yayımlanmışdır.

Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor