» » Qadın hüquqlarının müdafiəsi ilə bağlı layihəyə start verilib

ƏSAS / ÜMUMİ / ÖLKƏDƏ

Qadın hüquqlarının müdafiəsi ilə bağlı layihəyə start verilib

             "Hüquqşünas Qadınlar Assosiasiyası" İctimai Birliyi Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin  maliyyə  yardımı ilə "Qadın hüquqlarının təbliği və müdafiəsi ilə bağlı fəaliyyətin dəstəklənməsi” adlı  layihəni  Bakı şəhərində həyata keçirir. Layihə 1 fevral tarixindən start götürüb,  icra müddəti 4 aydır. Layihənin məqsədi vətəndaşları qadın hüquqlarına dair qanunverici aktlarla tanış edib maarifləndirmək və   bu sahədə müdafiə  mexanizmlərini təbliq etməkdir. 

             İB-in sədri Xanım Əhmədzadə layihə haqqında məlumat verərək bildirib ki,   Azərbaycan  Respublikasının bütün qanun və normativ hüquqi aktlarında qadınların bərabər hüquqlarının təsbit edilməsi diqqət mərkəzində saxlanılır. Ölkədə qadın hüquqlarının qorunması, ailə institutunun möhkəmləndirilməsi,  qadın zorakılığı, erkən nigah hallarının qarşısının alınması, qadınların aktiv fəaliyyətə cəlb olunması istiqamətində mühüm uğurlar əldə olunsa da, həllini gözləyən problemlər də mövcuddur. 

             Qadın hüquqlarının qorunması   dünyanın hər yerində olduğu kimi bizim ölkədə də  mürəkkəb problemdir. Bəzi hallarda  qadınlara qarşı  ayrı-seçkilik, ailədə və ya iş yerində qanuna zidd münasibət, zorakılıq halları ətraf mühitdən gizlədilir, nəticədə ailələr dağılır, qadınlar sağlamlıqlarını itirirlər,   hətta intihara cəhd edirlər.  Ona görə də, qadın hüquqlarının müdafiəsi bütövlükdə cəmiyyət üçün vacibdir və hərtərəfli yanaşma tələb edir. Çünki əksər hallarda qadınlar dövlətin onların hüquqlarının qorunması, müdafiəsi məqsədi ilə həyata keçirdiyi planlardan, müvafiq qаnunlаrdan,   proqramlardan, bu sahədə əldə olunan uğurlardan, zərər çəkmişlərə dövlət qayğısından xəbərsiz olurlar. 

Bizim İB apardığı sorğular və araşdırmalar nəticəsində belə qənaətə gəlmişdir ki, hüquqi müstəvidə qadın hüquqlarının  müdafiəsi üçün  güclü mübarizə aparılmasına baxmayaraq cəmiyyətdə  qadınlara qarşı zorakılıq, ədalətsiz münasibət  hallarının artması müşahidə olunur. Qadın hüquqlarının təbliği və müdafiəsi sahəsində yaranmış problemlərin həllinə kömək etmək, zərərçəkmişlərin haqqlarını qorumaq məqsədi ilə təşkilatımız maarifləndirmə tədbirləri keçirməyi və hüquqi yardım göstərməyi planlaşdırıb. Tədbirlər nəticəsində vətəndaşlar qadın hüquqları sahəsində dövlətin proqramları, planları, siyasəti, mübarizə sisteminin qanuni əsasları, normativ hüquqi bazası barədə məlumat alacaqlar,  müdafiə mexanizmləri ilə tanış olacaqlar.

Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor