» » Locavis: Azərbaycanda ilk avtomobil paylaşma platforması

ƏSAS / ÜMUMİ / ÖLKƏDƏ

Locavis: Azərbaycanda ilk avtomobil paylaşma platforması

Locavis Azərbaycanda təsis edilmiş ilk avtomobil paylaşma platformasıdır. Locavis istifadəçilərin nəqliyyat vasitələrini asanlıqla paylaşa biləcəkləri və gəlir əldə edə biləcəkləri bir sistemdir.
Locavis vasitəsilə həm avtomobil icarəyə götürmək, həm də şəxsi avtomobili paylaşmaq mümkündür. Platformadan həm şirkətlər, həm də fiziki şəxslər istifadə edə bilər. Belə ki, istifadəçilər mobil tətbiq vasitəsilə onlara ən yaxın avtomobili axtarıb tapa və onun şərtləriylə tanış ola bilərlər.
Platformadan nəqliyyat vasitələrini paylaşan hüquqi və fiziki şəxslər istənilən qiymətə və münasib şərtlərlə təklif edə bilər. Bundan əlavə seçilən nəqliyyat vasitəsinin istənilən yerə çatdırılması da mümkündür. Locavis-in üstünlüklərindən biri də heç bir ödəniş almadan istifadəçiyə avtomobilini istənilən şəxsə, istənilən qiymətə icarəyə verməyə şərait yaratmasıdır.
Şirkətin məqsədi dünyanın hər yerində "car share" və transportu məkanın və ya ölkənin dəyişilməsindən asılı olmayaraq asan və əlçatan etmək, qiymətlərinin ucuz və keyfiyyətliliyini təmin etmək, rəqəmsal bazardan gəlir əldə etmək üçün yeni sahə yaratmaq və ekoloji cəhətdən təmiz və zərərsiz enerji növlərindən istifadəyə təşviq etməkdir.
"Locavis" qlobal istiləşmə probleminin də fərqindədir.
Belə ki, insanların transporta olan tələbatını və nəqliyyatın əlçatan və ucuzluğu təmin edilərək onların şəxsi avtomobil sahibi olmaq üçün zəruri hesab etdikləri halları aradan qaldırır. Nəqliyyatın fərdi istifadəsi, geniş növ seçimi və zaman məhdudiyyəti olmaması onları şəxsi avtomobil barədə heç düşündürməyəcək. Belə ki, elektrikli və digər "Green Vehicles" adlanan kateqoriyadakı avtomobillərə verilən üstünlük, aşağı faiz komissiya və vətəndaşlar tərəfindən artan tələbat digər avtomobil sahiblərini də bu kateqoriyaya keçməyə təşviq edəcəkdir. Belə ki, avtomobil paylaşan şəxslərə müəyyən üstünlük və imkanların yaradılması geniş şəkildə nəzərdə tutulmuşdur.
Locavis ilə istər maşınını kirayəyə verə bilər, istər də ehtiyacınıza uyğun maşını kirayəyə götürmək olur.

Locavis is the first location-based car sharing application in Azerbaijan.The word “Locavis” is derived from latin basically meaning “to rent”. Main purpose of it is to make the car sharing process easy for users. 
Opportunities which Locavis offer, are not only for customers but also the car owners. Such that, car owners can share their cars with customers and earn money.
In the last few years, similar applications have been emerging. But Locavis is different from all others with its functionalities and so on.
Eco-friendly policy of Locavis also ensures that usage of gas-powered cars is at a minimum level by offering discounts and offers to electric or hybrid car owners and customers preferring eco-friendly vehicles.
With all these features and offers, Locavis is a great innovation for the modern world.
Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor