» » Həbs xəbəri yayılan Rəsul Orucov evdə müalicə olunur – VİDEO - FOTO - AÇIQLAMA

ƏSAS / ÜMUMİ / ÖLKƏDƏ

Həbs xəbəri yayılan Rəsul Orucov evdə müalicə olunur – VİDEO - FOTO - AÇIQLAMA

Azərbaycan Respublikasının sabiq Baş Prokuroru Zakir Qaralovun biznesinin idarə olunmasında adı çəkilən Rəsul Orucov, haqqında yayılan məlumatlarla bağlı mətbuata açıqlama verib.
“Vətənxəbər”in məlumatına görə, Ağstafa Aqrar Sənaye Kompleksinin (AASK) Müşahidə Şurasının sədri, Almaniyanın “RAO Global Group” şirkətinin direktoru, iqtisadçı, hüquqşünas R.Orucov bildirib ki, adının heç bir əsası olmayan məsələlərdə çəkilməsi tamamilə yanlışdır. O, nəinki Zakir Qaralovla, ümumiyyəıtlə, Azərbaycanda heç bir məmurla və yaxud hansısa oliqarx dairələrlə heç bir əlaqəsinin olmamasını vurğulayıb:
“Mən son illərimin 19 ilini Almaniyada yaşamışam və nə Zakir Qaralovla, nə də ki digər məmurlarla hər hansı bir münasibətim yoxdur. Yayılan məlumatlar bilmirəm nə məqsədlə yayılıb... Həmin adamla şad olardım ki, şəxsi dostluğumuz olsun. Mənim onunla heç bir əlaqəm yoxdur.”
Yayımlanan xəbərlərdə AASK MMC-nin təsisçisi Qaralov Raul Zakir oğlu olduğu və eyni zamanda Rəsul Orucovun Ağstafa və ətraf rayonlarda keçmiş Baş prokurorun "təmsilçisi" kimi tanınması qeyd olunub. R.Orucov bu məsələyə də aydınlıq gətirib:
“AASK-nin 100 faiz təsisçisi Almaniyanın “RAO Global Group” şirkətidir və həmin şirkətin təsisçiləri də Alman şirkətləridir. Eyni zamanda, mənim orada bir qism təsisçi payında iştirakçılığım var. Yayılan xəbərlərdə adıçəkilən Raul Qaralov adlı şəxsi nə tanıyıram, nə də elə bir adamın bizdə təsisçiliyi yoxdur. Eyni zamanda da son 19 ildə Almaniyada yaşadığım dövrdə ancaq gəlib-getdiyim əsasən Ağstafa rayonu və arada işlə bağlı Şəmkir rayonu olub. Bu zonada nəinki kiminsə nümayəndəsi... mənim nümayəndəm, kimsə orada ola bilər, mən kiminsə nümayəndəsi ola bilmərəm!”
Həmçinin xəbərlərdə R.Orucovun Vergi Xidmətinin istintaqında vergi cinayətlərində, milyonlarla dövlət vergisini ödəməkdən yayınmaqda ittiham olunması və 03 fevral 2022-ci il tarixində Yasamal rayon məhkəməsinin qərarı ilə barəsində həbs seçilməsi qeyd edilib. İş adamı açıqlamasında bildirib ki, o, həbs olunmayıb və 01 fevral 2022-ci il tarixində koronavirus (COVID-19) xəstəliyinə yoluxub, 2 həftədən çoxdur ki, müalicə olunur:
“Müalicə ağır keçdiyindən hal-hazırda evdəyəm. Yazılanlarla bağlı demək istəyirəm ki, ev şəraitində müalicə alıram. Diqqətinizə çatdırmaq istəyirəm ki, AASK yarandığı gündən taxıl istehsalı və satışı ilə məşğuldur. Ölkə başçısı, cənab İlham Əliyevin sərəncamıyla taxıl istehsalı və satışı ümumiyyətlə vergilərdən azaddır. Bəli, müəyyən qədər Dövlət Vergi Xidmətiylə müəssisə arasında anlaşılmazlıqlar var və bu da hüquq müstəvisində məsələlər həll olunur. İnşallah, öz həllini tapar. Belə başqa heç bir problem yoxdur və yenə deyirəm, evdəyəm, müalicəmi davam etdirirəm.”
Onu da qeyd edək ki, yayımlanan xəbərlərdə R.Orucovun qardaşı Rasim Orucov haqqında da məlumat yazılıb. Məlumatda vurğulanıb ki, Rasim Orucov məşhur "Oliqarxların məhkəmə işi"ndə verdiyi hayküylü ifadələrlə mətbuata tanışdır. Qardaşı haqqında yayılan bu məlumat ilə bağlı R.Orucovdan soruşduqda, o, bunları deyib:
“Qardaşım Rasim Orucov Almaniya dövlətindən seçilmiş, Avropa İqtisad Arbitraj Məhkəməsinin hakimidir və hal-hazırda da hakimlik fəaliyyətini davam etdirir. Belçikanın paytaxtı olan Brüssel şəhərində mövcud olan Avropa İqtisad Arbitraj Məhkəməsində 27 hakimdən biridir. Onun hansısa qalmaqallı işlərdə olmasından məlumatım yoxdur.”
Məlumat üçün bildirək ki, 04 fevral 2022-ci il tarixində bir çox xəbər portallarının “Zakir Qaralovun biznesini idarə edən Rəsul Orucov həbs edildi” başlığıyla yayımladığı xəbərin mənbəyi “bakudays.com” saytı olub. Həmin xəbər mənbəyi olan saytdan çıxarılıb.
FUAD MƏDƏTOV










Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor