» » Şimali Kiprdə Azərbaycan Milli Məktəbi fəaliyyətə başladı

ƏSAS / ÜMUMİ / DÜNYADA

Şimali Kiprdə Azərbaycan Milli Məktəbi fəaliyyətə başladı

Şimali Kipr Türk Respublikasında uzun illərdir ölkəmizi təmsil edən Azərbaycan-Kipr Dostluq Cəmiyyəti (AKDC) yeni layihəyə start verib. Belə ki, qardaş ada ölkədə yaşayan soydaşlarımızın 8-14 yaş arası övladları üçün hər həftənin şənbə günləri Azərbaycan Milli Məktəbi təşkil olunur.
"Onder.TV" xəbər verir ki, bu barədə məlumat verən AKDC-nin sədri Orxan Həsənoğlu bildirib ki, Şimali Kipr Türk Respublikasında yaşayan soydaşlarımızın dil problemi yoxdur. 
Uşaqlar yüksək səviyyəli yerli məktəblərdə təhsil alırlar. Yalnız bizə doğma olsa belə, yaşadığımız bu ölkədə uşaqlarımızın öz milli-mənəvi dəyərlərimizdən uzaq qalmamaları üçün müəyyən tədbirlərə ciddi ehtiyac var.
Cəmiyyət sədri diqqətə çatdırıb ki, Şimali Kiprdəki azərbaycanlı uşaqlar üçün həftə sonları nəzərdə tutulan bu layihə çərçivəsində Azərbaycanın milli musiqisi, tarixi, mədəniyyəti, ədəbiyyatımız haqqında məlumat veriləcək və onlar rəssamlıq dərslərində iştirak edəcəklər. Əminliklə deyə bilərik ki, bu layihə uşaqların gələcəkdə diasporumuzu uğurla təmsil etməsinə təkan olacaq. Bu günün uşaqları gələcəyin tanınmış şəxsiyyətləridirlər. Onlara dərs verəcək olan müəllimlərimiz ölkəmizin yetişdirdiyi çox qiymətli ziyalılardır. Onlardan dərs almaq özü bir məktəbdir.
Məlumatda bildirilir ki, Azərbaycan Milli Məktəbi layihəsində ölkəmizin tanınmış bəstəkarı, Azərbaycanın Əməkdar incəsənət xadimi, professor Cavanşir Quliyev, Lefke Avropa Universiteti türk dili və ədəbiyyatı kafedrasının müdiri dosent Nazim Muradov, Kiprdə yaşayan azərbaycanlı rəssam Arzu Məmmədnəbi İncər xüsusi dərs proqramları tədris edəcəklər. Layihənin əlaqələndiricisi Şimali Kiprdə yaşayan pedaqoq Mətanət Aydındır.
Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor