» » İnsan alverindən bəhs edən qısametrajlı filmin təqdimatı oldu

ƏSAS / ÜMUMİ / ÖLKƏDƏ

İnsan alverindən bəhs edən qısametrajlı filmin təqdimatı oldu

Filmin məqsədi vətəndaşları insan alveri ilə bağlı maarifləndirmək və birlikdə mübarizə aparmaqdır.
“İnsan Alverinə Qarşı Mübarizə Təşkilatı” Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyə, Daxili İşlər Nazirliyinin təşkilatı dəstəyi ilə “Uçan arzular” -“Ayıq ol, Qurban olma” adlı qısametrajlı filmini çəkərək ictimayyət təqdim edib. Layihə barəsində məlumat verən təşkilat sədri Ramiz Alıyev bildirib ki, 3 ay ərzində həyata keçirilən layihənin əsas məqsədlərindən biri də İnsan alverinə qarşı mübarizədə vətəndaş cəmiyyətinin rolunun artırılmasından ibarət olmuşdur. Onun sözlərinə görə, qısametrajlı filmi peşəkar komanda çəkmişdir. Bu gündən etibarən həmin film sosial şəbəkə hesablarından yayımlanacaq və eyni zamanda 1000 ədəd disk Bakı şəhərində pulsuz olaraq paylanılacaq, bundan başqa disqlər regionlarda aidiyyatı orqanlara, təhsil ocaqlarına, televiziyalara da paylanılacaq. Filmdə insanların hansı vasitələrlə aldadılaraq xaricə aparılmasından bəhs olunur. Filmin təqdimatında DİN-in İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin, İctimayyətlə Əlaqələr və Mətbuat şöbəsinin əməkdaşları, QHT-lər, KİV-nin əməmdaşları, Gənclər təşkilatlarının təmsilçiləri iştirak edib. Filmi izlədikdən sonra təşkilatçılar tərəfindən iştirakçılara həmin filmin disqləri də təqdim olunub.























Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor