» » "Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində tədbirlərin təşkili" adlı layihəsinin növbəti tədbiri keçirildi

ƏSAS / ÜMUMİ / ÖLKƏDƏ

"Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində tədbirlərin təşkili" adlı layihəsinin növbəti tədbiri keçirildi

"Qarabağ Əlilləri və Veteranları" ictimai birliyinin Azərbaycan Respublikasının QHT-na Dövlər Dəstəyi Agentlinin maddi yardımı ilə "Vətən müharibəsi şəhidlərinin adlarının əbədiləşdirilməsi, iştirakçılarının tanıdılması və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində tədbirlərin təşkili" adlı layihəsinin növbəti tədbiri Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecin rəhbər və tələbələri, şəhid ailələri və müharibə veteranları ilə birgə həyata keçirildi.
Tədbiri ilk öncə kollecin direktoru Nərmin Qaralova açdı. Torpaqlarımızın azadlığı uğrunda gedən qanlı döyüşlər zamanı həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.  Tədbirin tələbələrlə -gənc nəslin nümayəndələri ilə birgə keçirilməsinin təqdirə layiq olduğu qeyd olundu. Belə görüşlərin gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında çox böyük rolu vardır. Çıxışının sonunda Nərmin xanım təhsil ocağının  məzun tələbələrinin də Vətən müharibəsində iştirak etməsindən, altı nəfərin qəhrəmancasına Şəhid olmasından bəhs etdi.
Layihənin rəhbəri Növrəstə Yusifova çıxışında layihə haqqında ətraflı  məlumat verdi. Növrəstə xanım Vətən müharibəsində gənclərin döyüşlərdə qəhrəmanlıq şücaətlərindən danışdı. Kollecin şöbə müdiri  Zülfiyev Talıb, direktor müavini Məmişov Kamran  gənc nəslin sağlam və vətənpərvərlik ruhunda böyüməsi üçün belə görüşlərin əhəmiyyətindən söhbət açdılar. Şəhid  valideynləri və qazilər də görüşdə çıxış etdilər.Tələbələr çıxışları zamanı döyüş iştirakçıları olan qəhrəmanlarımızı özlərinə örnək olduqlarını bildirdilər.
Tədbirin sonunda Ali Baş Komandanımız İlham Əliyev cənablarına, Azərbaycan Respublikasının QHT-na Dövlət Dəstəyi Agentliyinə təşəkkür bildirildi.
Tədbirin yüksək səviyyədə təşkili və fəal iştirakına görə üçün kollecin müəllim və  tələbə heyətinə Təşəkkürnamələr təqdim edildi.





Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor