» » İnternat məktəbində "Əziz Şuşa, biz qayıtmışıq" adlı tədbir keçirilib

ƏSAS / ÜMUMİ / ÖLKƏDƏ

İnternat məktəbində "Əziz Şuşa, biz qayıtmışıq" adlı tədbir keçirilib

28 may Müstəqillik günü münasibətilə Xəzər rayon Buzovna qəsəbəsi, 8 saylı sanatoriya tipli internat məktəbində "Əziz Şuşa, biz qayıtmışıq" adlı tədbir keçirilib. Tədbiri giriş sözü ilə açıq elan edən məktəbin direktoru Pəri Paşayeva 44 günlük Vətən müharibəsindəki şanlı qələbəmizdən müzəffər Ali Baş Komandan İlham Əliyevin sarsılmaz qətiyyətindən danışaraq gələn qonaqlara təşəkkür etmişdir. Daha sonra 4a sinifinin rəhbəri Kəmalə Sərxaninin təşkilatçılığı ilə məktəbin şagirdlərinin 44 günlük Vətən müharibəsi ilə bağlı şeirlər, mahnılar səsləndirilib. 4a sinif şagirdləri həmçinin Vətən müharibəsindəki qələbəmizlə, əsgərlərlə bağlı səhnəciklər də nümayiş etdirib. Tədbirdə Şuşada şəhid olan mayor Vüsal Vəliyevin obrazı da Nuru adlı şagird tərəfindən canlandırılmışdır. Sonra şəhid mayor Vüsal Vəliyevin qardaşı filologiya üzrə fəlsəfə doktoru Elyar İslamoğlu çıxış edərək 44 günlük müharibədə xalq, ordu və Ali Baş Komandanın birliyinin gücü ilə qısa zamanda torpaqlarımızın işğaldan azad edilməsindən danışaraq vətənpərvər və milli ruhda şagird yetişdirən müəllimlərə təşəkkür etmişdir. Daha sonra çıxış edən Gülnurə Babaşova,
Huzura Ağayeva,
Cəmilə Əsgərova da maraqlı və gözəl tədbir üçün məktəb rəhbərliyinə təşəkkür etmişdir. İnternat məktəblərinin məzunlarının müharibədə xüsusi igidlik göstərdiyini xatırladan şəhid qardaşı şəhidlərin tanıdılması və təbliği üçün atılan addımları yüksək qiymətləndirmişdir. Tədbirin sonunda qonaqlar məktəbin Əmək otağında şagirdlər tərəfindən hazırlanmış əl işləri ilə tanış olmuşdur.









Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor