» » Türk Dünyası Günləri keçirildi

ƏSAS / ÜMUMİ / DÜNYADA

Türk Dünyası Günləri keçirildi

İyun ayının 3-4-5 tarixlərində Türkiyənin Kastamonu şəhərində hər il təşkil olunan Türk Dünyası Günləri keçilib. Bununla əlaqədar məndə bu möhtəşəm tədbirlərdə iştirak etdim. Günlər öncə vətənimizi ziyarət edən qəzet yazarı İzzət Sarı, Elnur Eltürk və Əli Zülfüqaroğlu ilə birgə Şəhid ailələrini ziyarət edərkən, təsadüfən Öndər.tv-də həyat yolunu işıqlandırdığımız şəhidimiz Rüfət Əhmədzadənin anası Ruhiyyə ana ilə söhbətimiz zamanı Ruhiyyə ana İzzət Sarı bəyin Kastamonu şəhərindən gəldiyini bildirərək, oğlunun şəhid olmazdan öncə bu şəhərdə yerləşən  Kastamonu Üniversitetində təhsil aldığını qeyd etmişdi. Şəhid Rüfət Əhmədzadə bir il Kastamonu Üniversitetində təhsil aldıqdan sonra vətənə olan borcunu yerinə yetirmək üçün təhsilini yarımçıq qoyaraq hərbi xidmətə yollanmışdı. Hərbi xidmətdə olduğu dövrdə 44 günlük vətən müharibəsi başlamış, o da müharibənin ilk günlərindən  qızğın döyüşlərdə iştirak etmişdi. Rüfət 3 gün davam edən  döyüşlərdən sonra Suqovuşan-Ağdərə istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalmışdır. 20 yaşı tamam olmamış şəhidimiz evin tək oğul övladı idi. Rüfətin həyat hekayəsindən təsirlənən İzzət Sarı bəy Kastamonu şəhərinə dönərkən bu haqqda Kastamonu Universitetinə məlumat vermişdir. Biz Kastamonu şəhərinə gedərkən bizi orda İzzət Sarı bəy qarşıladı və bir sıra tədbirlərdə iştirak etdikdən sonra Kastamonu Üniversitetinin rektor köməkcisi Prof.Dr Mehmet Atalan bəylə görüşdük. Ona Bakıdan bizim üçün ən dəyərli  hədiyyəni, zəfərimizin simvollarından biri olan şəhidimiz Kastamonu Üniversitetinin tələbəsi Rüfət Əhmədzadənin şəklini təqdim etdim. Bundan çox təsirlənən rektor köməkcisi Mehmet Atalan bəy bizə Rüfətin ailəsinə çatdırmaq üçün üniversitetin ən dəyərli hədiyyəsi olan simvolunu təqdim etdi və üniversitetdə Rüfətin əziz xatirəsinə löhvə yardılacağını qeyd etdi. Türk Dünyası Günləri bitdikdən sonra mən Bakıya döndüm və mənə verilmiş əmanəti Ruhiyyə anaya çatdırdım. Allahdan bütün şəhid ailələrinə baş salığı qazilərimizə can salığı arzu edirəm.
Ramil Əliyev 
Öndər. TV-nin rəhbəri,  İnkişafa və İslahatlara Dəstək İctimai Birliyinin sədri







Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor