» » Şəhidlərimiz yad edildi

ƏSAS / ÜMUMİ / ÖLKƏDƏ / HƏRBİ

Şəhidlərimiz yad edildi

Silahlı Qüvvələr Günü münasibəti ilə  Аztürk Holdingin Prezidendi Əli Bağırov, holdingin bir qrup rəhbər əməkdaşı ilə birliktə Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət edib. 
Müasir dövlətçiliyimizin qurucusu olan ulu öndər Heydər Əliyevin əziz xatirəsinə ehtiramın ifadəsi olaraq onun ruhu qarşısında baş əyilib, məzarı üzərinə gül dəstələri qoyulub.
Аztürk Holdinqin əməkdaşları Ümummilli Liderin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini yad edib, məzarı üzərinə güllər düzüblər.
Sonra Аztürk Holdinqin əməkdaşları Şəhidlər Xiyabanını ziyarət edib, Vətənimizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş vətəndaşlarımızın xatirəsinə ucaldılmış Şəhidlər kompleksindəki Əbədi məşəlin önünə və şəhid məzarlarına gül dəstələri qoyulub. 
Proqramın sonunda Azərbaycanın müstəqilliyinin qurulduğu ilk illərdə qardaş Türk ordusunun qəhrəman əskərlərinin dəfn edildiyi “Türk Şəhidliyi”i ziyarət edilərək, onların xatirəsi ehtiramla yad edilib, məzarları üzərinə gül dəstələri qoyulub.
Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor