Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəliyi arasında Avropa Şurasının Azərbaycan üzrə yeni Fəaliyyət Planı ilə (2022-2025) bağlı video formatda müzakirə keçirilib.
Görüşdə Agentliyin icraçı direktoru Aygün Əliyeva, Avropa Şurası yanında daimi nümayəndəsi Fəxrəddin İsmayılov, nümayəndəliyin əməkdaşları Pərviz Rüstəmov, Tale Əliyev, Agentliyin məsul əməkdaşları Elnur Bağırlı, Toğrul Məmmədli iştirak ediblər. Qeyd edək ki, Azərbaycan üçün 2022-2025-ci illər üzrə Fəaliyyət Planı Nazirlər Komitəsi tərəfindən fevralın 16-da qəbul edilib. 2022-2025-ci illər üzrə hazırlanaraq qəbul olunmuş yeni birgə Fəaliyyət Planı 22 prioritet istiqamətləri əhatə edir. Fəaliyyət Planında insan haqlarının təşviqi, vətəndaş cəmiyyətinin inkişafı, ədliyyə və məhkəmə islahatlarının dəstəklənməsi, gənclik və media potensialının gücləndirilməsi, korrupsiyaya qarşı tədbirlərlə yanaşı, insan alveri ilə mübarizə, ətraf mühitin qorunması, süni intellektin tətbiqi kimi müasir çağırışlara uyğun yeni sahələr təsbit olunub.
Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.
Xəbər üçün şərhlər