» » Qazi Şirinov Ramin Şahin oğlu "Dayaq" Təşkilatının sədr müavini təyin edilib.

ƏSAS / ÜMUMİ / ÖLKƏDƏ

Qazi Şirinov Ramin Şahin oğlu "Dayaq" Təşkilatının sədr müavini təyin edilib.

"Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid ailələrinə Dəstək Təşkilatının idarə heyyətinin qərarı ilə Şirinov Ramin Şahin oğlu "Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid ailələrinə Dəstək Təşkilatının sədr müavini vəzifəsinə təyin edilib. 
"Dayaq" Təşkilatının idarə heyyəti və üzvüləri adından ictimai fəal Qazimiz, 44 günlük Vətən müharibəsinə könüllü olaraq qatılmış, milli, Vətənpərvər Azərbaycan övldadı, peşəkar tankçı  Ramin Şirinovu uğurlu təyinat münasibəti ilə səmimi qəlbdən təbrik edir, ona daha böyük uğurlar diləyirik! 


Qeyd edək ki, Şirinov Ramin Şahin oğlu 1981-ci ilin fevralın 21-də Göronboy rayonunun Xanqərvənd kəndində anadan olub. Xanqərvənd kənd orta məktəbini bitirdikdən sonra həqiqi hərbi xidmətdə olub.Hərbi  xidmətdən də hərbi məktəbə daxil olub. Oxuduğu hərbi məktəbdə tank ixtisasını tam mənimsədikdən sonra
Hərbi hissələrdə tank komandiri olaraq müxtəlif vəzifələrdə çalışıb, Peşəkar tankçı könüllü kimi  44 günlük müharibədə aktiv iştirak edib. Füzuli və Qubadlı, Tuğ, Hadrut, Top kənd, Şuşanın azad edilməsi uğurunda gedən döyüşlərdə fədakarcasına döyüşüb, sağlamlığını itirərək Qazilik zirvəsinə yüksəlib.

Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor