» » Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq silah və döyüş sursatları saxlayan şəxslərin saxlanılaraq məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

ƏSAS / ÜMUMİ / ÖLKƏDƏ

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq silah və döyüş sursatları saxlayan şəxslərin saxlanılaraq məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz olaraq silah və döyüş sursatları saxlayan şəxslərin saxlanılaraq məsuliyyətə cəlb olunmaları istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.


ŞPŞ-nin əməkdaşlarının tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Gündüz Novruzov saxlanılıb.


Şöbə əməkdaşları tərəfindən həmin şəxsə məxsus “Porsche Cayenne” markalı avtomobilə keçirilən baxış zamanı nəqliyyat vasitəsindən 1 ədəd avtomat, 1 ədəd patron darağı və 2 ədəd patron aşkar edilərək götürülüb. 
 
G.Novruzov izahatında silah və sursatı bir müddət əvvəl şəhər ərazisindən tapdığını və qanunsuz olaraq saxladığını bildirib. 
Şöbə əməkdaşları tərəfindən keçirilən digər bir uğurlu əməliyyat-axtarış tədbirləri nəticəsində Cinayət Məcəlləsinin 177.2.1 (oğurluq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 177.2.2 (oğurluq - təkrar törədildikdə) və 177.2.3 (oğurluq - yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə) maddələri ilə axtarışda olan şəhər sakini Nizami Qasımov da şəhər ərazisində saxlanılıb. 


Saxlanılan zaman isə həmin şəxsdən narkotik maddə olan heroin aşkarlanaraq götürülüb.
Hər iki faktla bağlı Şirvan Şəhər Polis Şöbəsində araşdırmalar davam etdirilir.
Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

SONUNCULAR

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor