» » Regionlarda müharibədən zərər cəkmiş şəxslərin sosial xidmətlərə əlçatanlığının təmini ilə bağlı maarifləndirmə işi təşkili ediləcək

ƏSAS / ÜMUMİ / ÖLKƏDƏ

Regionlarda müharibədən zərər cəkmiş şəxslərin sosial xidmətlərə əlçatanlığının təmini ilə bağlı maarifləndirmə işi təşkili ediləcək

Azad İqtisadiyyatın İnkişafına Yardım Mərkəzi İctimai Birliyi (AİİYM) 2022–ci ilin sentyabr ayından etibarən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Regionlarda müharibədən zərər cəkmiş şəxslərin sosial xidmətlərə əlçatanlığının təmini və bu sahədə maarifləndirmə işinin təşkili”  adlı layihəsini həyata keçirir. 


Layihənin mahiyyəti Regionlarda  müharibədən zərər cəkmiş şəxslərə səyyar şəkildə psixoloji və sosial xidmət üzrə dəstək göstərilməsindən, sosial xidmət və sosial iş sahəsində həmin şəxslərlə işləyənlərin bilik və bacarıqlarının artırılmasından ibarətdir.  


Layihə çərçivəsində regionlarda (Mingəçevir şəhərində və Tovuz rayonunda) müharibədən zərər cəkmiş şəxslərə  müxtəlif testlər, metodlar və terapiyalar (MDR terapiyası, itki psixologiyası, psixi sağlamığın bərpası üzrə qrup terapiyası, keçmiş yaddaşın emosional çalarının məntiqi çalara bağlanması, hisslər üzərindən qrup terapiyası, keçmiş yaşantıların boşaldılması, keçmiş gərginliyin aradan qaldırılması, yaşadıqların danışılması və yazılması fərdi terapiyası, hər hansısa hala uyğun sualların verilməsi və cavabların təhlili terapiyası, həyacanın tənzimlənmə terapiyası) vasitəsi ilə psixoloji reabilitasiya xidmətinin təşkili; müharibədən zərər cəkmiş şəxslərin sosial problemlərinin sosial işçilər tərəfindən öyrənilməsi, təhlil edilməsi, qiymətləndirilməsi (hər bir benifisar üçün anketlərin tərtib edilməsi) və onların müxtəlif  sosial xidmətlərə yönəldilməsi; layihə həyata keçirilən ərazilərdə sosial xidmət və sosial iş sahəsində müharibədən zərər cəkmiş şəxslərə işləyənlərin bilik və bacarıqların artırılması üçün maarifləndirici tədbirin təşkil edilməsi, benefsiarların sosial-psixoloji və sosial xidmət ehtiyaclarının öyrənilməsi və həmin ehtiyaclardan irəli gələn problemlərin müvafiq dövlət orqanları qarşısında qaldırılması nəzərdə tutulur.
Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor