» » Türk Ağsaqqalları Birliyi – TAİB Dünya Alpaqut Federasiyası ilə birgə layihələr həyata keçirəcək

ƏSAS / ÜMUMİ

Türk Ağsaqqalları Birliyi – TAİB Dünya Alpaqut Federasiyası ilə birgə layihələr həyata keçirəcək


Türk Ağsaqqalları Birliyi – #TAİB nümayəndələri ilə Dünya Alpaqut Federasiyasının təmsilçiləri arasında görüş keçirilib.
TAİB-in ofisində keçirilən görüşdə əməkdaşlıq imkanlarına dair geniş müzakirələr aparılıb, türk döyüş növlərindən olan Alpaqutun inkişaf etdirilməsininin  əhəmiyyətindən söz açılıb. 
Qonaqlara TAİB-in fəaliyyəti, həyata keçirdiyi layihələr və gələcək planları barədə məlumat verən təşkilatın təmsilçiləri, Türk Dövlətlərinin Birliyi istiqamətində atılan addımların uğurlu nəticələrindən danışıblar. Qeyd olunub ki, TAİB Dünya Alpaqut Federasiyasl ilə ilə birgə layihələr həyata keçirməkdə maraqlıdır. 
Federasiya nümayəndələri də öz növbələrində Türk mədəniyyəti və idman növlərinin təbliğ olunmasında ictimai birliklərin malik olduğu imkanlardan bəhs edərək, bu istiqamətdə Türk Ağsaqqalları Birliyi – TAİB-in də səmərəli fəaliyyət göstəmək potensialına malik olduğuna inandıqlarını bildiriblər. 
Sonda TAİB və Alpaqut Federasiyasının birgə layihələr və yarışlar təşkil etməsi ilə bağlı razılıq əldə olunub. 
Qeyd edək ki, görüşdə TAİB-in İdarə Heyətinin üzvləri Eyvaz Hünbətov, Nüsrət Paşayev, Tapdıq Əlibəqli, Akif Rufullayev, İcra Aparatının rəhbəri Nicat Dağlar, Xarici Əlaqələr Departamentinin rəhbəri Elnur Eltürk, "İnkişafa və İslahatlara” Dəstək İctimai Birliyinin sədri, Öndər.TV-nin təsisçisi Ramil Əliyev, Dünya Alpaqut Federasiyasının İdarə Heyətinin sədri Vasif Namazov, Fderasiyasının beynəlxalq əlaqələr üzrə vitse-prezident Emil Rahimov, Federasiyanın koordinasiya şurasının üzvü Orxan Vəliyev, Nəzarət Təftiş Komitəsinin sədri Rafiq Qasımov və ictimai fəal Elnarə Sadiq iştirak edib.
Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor