» » Zorakılıq insanlığa qarşı qəddarlıqdır

ƏSAS / ÜMUMİ / ÖLKƏDƏ

Zorakılıq insanlığa qarşı qəddarlıqdır

Azərbaycan  Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə "Hüquqşünas Qadınlar Assosiasiyası" İctimai Birliyi “Məişət zorakılığı ilə mübarizə sahəsində ictimai müzakirələrin təşkili” adlı layihəni icra etməyə başlayıb.

Təşkilatın sədri Xanım Əhmədzadə layihə haqqında məlumat verərək bildirmişdir ki, tədbirlərimiz Bakı şəhərində həyata keçiriləcək. Layihə 1 sentyabr tarixindən start götürüb, icra müddəti 3 aydır. Layihənin məqsədi dövlətin məişət zorakılığına qarşı mübarizə sahəsində çoxistiqamətli proqramları və hüquqi aktları haqqında ictimai müzakirələr keçirməkdən ibarətdir.

Ölkəmizdə məişət zorakılığı hallarının qarşısının alınması, ailə mühitinin qorunub saxlanılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Son illər ailə institutunun möhkəmləndirilməsi, qadın və uşaq hüquqlarının müdafiəsi sahəsində davamlı islahatlar aparılır. Məişət zorakılığına qarşı mübarizə dünyanın hər yerində olduğu kimi bizim ölkədə də mürəkkəb bir problemdir. Çünki əksər hallarda bu zorakılıq halları ətraf mühitdən gizlədilir, nəticədə ailələr dağılır, insanlar sağlamlıqlarını itirirlər, hətta intihara cəhd edirlər. Ona görə də, məişət zorakılığı və ya ailədə zorakılıq halları yanlız bir ailə üçün deyil, bütövlükdə cəmiyyət üçün təhlükəlidir. Məişət zorakılığı probleminin həlli hərtərəfli yanaşma və məqsədli tədbirlərin həyata keçirilməsini tələb edir. Çox zaman vətəndaşlar dövlətin məişət zorakılığına qarşı mübarizə məqsədi ilə həyata keçirdiyi planlardan, müvafiq qаnunlаr, proqramlar və təşəbbüslərdən, bu sahədə əldə olunan uğurlardan, məişət zorakılığından zərər çəkmişlərə dövlət qayğısından xəbərsiz olurlar. Vətəndaşların ictimai müzakirələrə, dinləmələrə, debatlara qatılması dövlət orqanlarının və vətəndaş cəmiyyəti institutlarının əlaqəli fəaliyyətinin inkişafına, əhalinin öz dövlətinə inamının və güvəninin artmasına, vətəndaş məmnunluğunun güclənməsinə müsbət təsirini göstərir.

Bizim İB apardığı sorğular və araşdırmalar nəticəsində belə qənaətə gəlmişdir ki, hüquqi müstəvidə məişət zorakılığına qarşı güclü mübarizə aparılmasına baxmayaraq cəmiyyətdə bu zorakılıq hallarının artması müşahidə olunur. Bu sahədə yaranmış informasiya azlığını və ictimaiyyətin fikirlərini ifadə etmək istəklərini nəzərə alaraq, təşkilatımız məişət zorakılığına qarşı mübarizə haqqında cəmiyyəti məlumatlandırmaq və təşəbbüslərini öyrənmək məqsədi ilə ictimai müzakirələr keçirir.
Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor