» » MEK növbəti tədris mərkəzinə dəyərli nəşrlər hədiyyə etdi

ƏSAS / ÜMUMİ / ÖLKƏDƏ

MEK növbəti tədris mərkəzinə dəyərli nəşrlər hədiyyə etdi


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) həyata keçirdiyi kitab bağışlama aksiyası davam edir.
Aksiya çərçivəsində MEK tərəfindən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecə 60 sayda dəyərli nəşrlər hədiyyə edilib.
F.Əmirovun “Şur simfonik muğamı”, “Nəsimi haqqında dastan”, A.Məlikovun “Simfoniyası” 4 cilddə, B.Nəbiyevin “Üzeyir Hacıbəylinin ömürnaməsi”, “Səhnə fədailəri”, E.Sabitoğlunun “Simfoniya”, “Əlvida” səs və fortepiano üçün mahnıları, İ.Rəhimlinin “Azərbaycan teatrı” və digər nəfis tərtibatı ilə gözoxşayan nəşrlərdə Azərbaycanın zəngin, çoxəsrlik musiqi sənətinin tarixinə nəzər salınaraq təhlil edilir. Eləcə də milli teatr mənzərəsi yeni və zəngin faktlarla verilir. 
Xatırladaq ki, MEK  kitab bağışlama aksiyasına yeni tədris ilinin başlanması ərəfəsində start verib. Aksiya15 Sentyabr – Bilik Günü və 18 sentyabr - Milli Musiqi Günü münasibətilə həyata keçirilir.
Teq-lər

Oxşar xəbərlər

Xəbər üçün şərhlər

Hörmətli oxucu, Siz qeydiyyat-dan keçmədən sayta daxil oldunuz.
Biz tövsiyə edirik qeydiyyatdan keçmək və yaxud öz adınızla daxil olun.

Şərh əlavə edin:

Xəbərlər istinad verilmədən götürülə, qanuna zidd olaraq nüsxələnə və başqa yerdə yayımlana bilməz.

Saytın Təsisçisi-Rəhbəri: Ramil Əliyev

Tel.: 055-222-22-18

JURNALİSTLƏR

SİTAT

Saytımız vasitəsilə Azərbaycanın ictimai, siyasi, sosial, iqtisadi, idman və mədəni həyatında olan yeniliklərlə bərabər, dünyada baş verən maraqlı xəbərlər də oxuculara çatdırılır.

NONAME, Redaktor